Əsas Səhifə > Şou-biznes > MURAD DADAŞOVUN QƏRİBƏ ARIQLAMA ÜSULU
MURAD DADAŞOVUN QƏRİBƏ ARIQLAMA ÜSULU28-06-2013, 14:04 |
Onlar müxtəlif pəhrizlər saxlayır, çəkidən qurtulmaq üçün onlarla üsul və metoddan yararlanmağa çalışırlar. Lakin kiloqramlarla mübarizədə onlar əksər hallarda məğlub olurlar. İzafi çəkidən qurtulmaq və arıqlamağın ən effektiv, yaxşı yolu hansıdır? DİA.AZ Day.Az-a istinadən bildirir ki, məşhur şoumen və prodüser Murad Dadaşovun bununla bağlı öz fikri var. "Təbii, aylarla yalnız qarabaşaq yeyib qazlı su içmək və üç aydan sonra 1,5 kiloqram arıqladığına sevinərək atılıb-düşmək olar. Huşunu itirənədək aclıq etmək də olar - bu da bir-iki kiloqramdan qurtulmaq deməkdir. Amma arıqlamağın ən yaxşı yolu sevməkdir. Kiməsə vurulsan, sevməyə başlasan, arıqlayacaqsan. Həyəcandan, əzabdan və təbii ki, indikindən daha yaxşı görünmək istəyindən. Ona görə də cənablar və xanımlar, arıqlamaq istəyirsinizsə, sevin", - Murad Dadaşov dedi. Geri qayıt |