Əsas Səhifə > Partiya > GƏNC FƏALIN MƏHKƏMƏSİ KEÇİRİLDİ
GƏNC FƏALIN MƏHKƏMƏSİ KEÇİRİLDİ28-06-2013, 14:22 |
İyunun 28-də Nəsimi Rayon Məhkəməsində “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin məhkəməsi keçirilib. Prosesdə gənc fəalın həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. Vəkil Nemət Kərimli “Media forum” saytına deyib: “Azər Paşayevin sədrlik etdiyi prosesdə İlkin Rüstəmzadənin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət təmin olunmadı”. İlkin Rüstəmzadə prosesdə iştirak edib. Vəkilin sözlərinə görə, onun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur: “Çox yüksək əhval-ruhiyyədədir”. Mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə gənc fəal barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb. Geri qayıt |