Əsas Səhifə > Partiya > VHP 19 İLLİYİNİ QEYD ETDİ

VHP 19 İLLİYİNİ QEYD ETDİ


26-09-2011, 13:34
VHP 19 İLLİYİNİ QEYD ETDİ

SABİR RÜSTƏMXANLI VH İDEYASINDAN DANIŞIB

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 19 illiyi ilə bağlı partiyanın Siyasi Şurası və Sədr Aparatının iştirakı ilə tədbir keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın keçdiyi yol haqda danışıb və təşkilatın öz siyasi xəttindən yayınmadığını söyləyib: “Hazırda bütün siyasi qüvvələr bölgədə baş verən prosesləri nəzərə alaraq ölkənin nicatının vətəndaş həmrəyliyində olduğunu vurğulayırlar. Bu, bizim ideologiyamızın nə qədər vacib və strateji baxımdan əhəmiyyətli olmasının göstəricisidir”.

Sabir Rüstəmxanlı deyib ki, partiyanın hazırda 80 rayon təşkilatı, 20 mindən artıq üzvü var. VHP həmişə dinc siyasi mübarizənin tərəfində olub və seçkilərdə iştirakı ilə fərqlənib. Son bələdiyyə seçkisində 115, parlament seçkisində 3 namizədi qalib gəlib. VHP Avropa Şurası Parlament Assambleyasında da müxalifəti təmsil edən bir partiyadır.

VHP-nin Azərbaycanın ictimai-fikir tarixində özünəməxsus yer tutduğunu nəzərə çatdıran S. Rüstəmxanlı gələn il partiyanın yubiley ili olduğunu xatırladıb.

Geri qayıt