Əsas Səhifə > Dünya > ƏHMƏDİNEJAD MOSKVAYA GEDİB

ƏHMƏDİNEJAD MOSKVAYA GEDİB


1-07-2013, 14:28
ƏHMƏDİNEJAD MOSKVAYA GEDİB
ONUNLA PUTİNİN GÖRÜŞÜ GÖZLƏNİLİR

FaktXəbər-in verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad Təbii Qaz İxrac Edən Ölkələrin forumunda iştirak etmək üçün Rusiyanın paytaxtı Moskva şəhərinə gəlib. İki gün davam edəcək forum zamanı Mahmud Əhmədinejad rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Qeyd edək ki, prezidentlərin görüşü zamanı Suriya, Orta Asiya və Qafqaz ölkələrində baş verən proseslər müzakirə ediləcək. Moskvada keçirilən forumda Əlcəzair, Bolivya, Misir, İran, Liviya, Nigeriya, Qətər, Ekvador, Trinidad və Tobaqo, Venesuela və Rusiya təmsil olunur.

Geri qayıt