Əsas Səhifə > Sosial, Manşet > NAXÇIVAN BARƏDƏ MOLLA UYDURMASI

NAXÇIVAN BARƏDƏ MOLLA UYDURMASI


21-12-2011, 12:19
NAXÇIVAN BARƏDƏ MOLLA UYDURMASI

MOLLA REJİMİ AZƏRBAYCANA QARŞI ALİBİ TOPLAYIR

DİA.AZ: - Fars-molla rejimi nəyin bahasına olursa-olsun Azərbaycana qarşı hərbi təcavüzdə maraqlıdır. Hər halda, artıq İran mətbuatının ölkəmizin və milli maraqlarımızın əleyhinə neçə müddətdən bəridir ki, yürütdyü siyasətin yeni bir xəttə doğru istiqamətlənməsi də dediklərimizi təsdiqləyir.

Artıq bir neçə dəfədir ki, İranın xüsusi xidmət orqanlarının təbliğat maşını Azərbaycanı İsraillə hərbi əməkdaşlıqda ittiham edərək bu əməkdaşlığı özlərinə qarşı aksiya kimi dəyərləndirirlər. Buna adekvat olaraq isə İranın Azərbaycana hərbi müdaxilə edəcəyini də açıq şəkildə ifadə edirlər.

Bu dəfə isə «arannyus» xəbər portalında iddia olunub ki, İsraildən Azərbaycanın Naxçıvan bölgəsinə təyyarələrlə tanklar gətirilib. Mənbə idida edir ki, guya tankların gətirilməsi anını hava limanının əməkdaşları öz mobil telefonlarına çəkiblər və bu səbəbdən onlar həbs olunublar.

Molla rejiminin uydurmalarına görə, həmin həbs olunan aeroport işçilərindən biri həbsxanada verilən işgəncələrdən dünyasını dəyişib. Digəri isə guya ki, hələ də həbsdədir.

Hər halda, belə bir məlumatı yayan molla mətbuatı Azərbaycanda insan haqqlarının durumundan narahat deyil. Çünki gün ərzində onlarla Azərbaycan türkünü dar ağacından asan bir rejimin belə bir xoş niyyətdən çıxış etməsi absurddur. Burada incə məqam İranın Azərbaycanı İsraillə hərbi əməkdaşlıqda ittiham etməsindən ibarətdir. Hər halda, Tehran dövləti bu yolla öz aləmində Azərbaycana qarşı alibi toplayır.

Geri qayıt