Əsas Səhifə > Cəmiyyət > "AZƏRBORU"DA ÖZBAŞINALIQ

"AZƏRBORU"DA ÖZBAŞINALIQ


1-07-2013, 14:55
"AZƏRBORU"DA ÖZBAŞINALIQ
SEX RƏİSİ XƏSTƏXANALIQ OLDU

Ölkənin ər böyük qara metallurgiya müəssisəsi olan "Azərboru" ASC-nin rəhbərliyində təmsil olunan bir qurup şəxs sözü gedən müəssisənin Yüksək Gərginlik Sexinin rəisi Rahid Nəbiyevi xətəxanalıq ediblər. Bu barədə 30gun.az-a daxil olan məlumatlarda bildirilir ki, Rahid Nəbiyevin beyninə qan sızıb və o hal hazırda Sumqayıt Şəhər Tramatologiya Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Rahid Nəbiyevin xəstəxanaya düşməsinin səbəbi isə "Azərboru" ASC-yə yeni təyin olunan, özünü prezidentin təhlükəsizlik xidməti idarəsinin rəisi, general Bəylər Əyyubovun qohumu kimi qələmə verən ümumi nəzarət şöbəsinin rəisi Həmid adlı şəxslə və müəsissənin baş energetiki Əli Əsədovla aralarındakı qalmaqal olub. Məlumatlara görə, Həmid adlı şəxslə Əli Əsədov bir müddət əvvəl "Azərboru" ASC-dən oğurlanmış 4 ton misə görə Rahid Nəbiyevdən şübhələniblər. Bir sözlə Həmidlə Əli Əsədov sex rəsinin gününü "göy əskiyə" döndəriblər. Sonda hər iki şəxsin ittihamlarından cana doyan Rahid Nəbiyev "Azərboru" ASC-nin ümumi nəzarət şöbəsinin rəisi Həmidin otağında, Əli Əsədovun da iştirakı ilə mübahisə yaranıb. Mübahisə zəminində Rahid Nəbiyevin halı pisləşib. Bundan sonra Rahid Nəbiyev müvazinətini itirib və yerə yıxılıb. Yerə yıxılarkən sex rəisi başından xəsarət alıb. Təcili Tibbi Yardımla Sumqayıt Şəhər Tramatologiya Xəstəxanasına çatdırılan Rahid Nəbiyevin halı daha da pisləşib. Məsələ ilə bağlı Rahid Nəbiyevin yaxınları hüquq-mühafizə orqanlarına şikayət etmək istəyiblər. Lakin Əli Əsədovla Həmid adlı şəxs Rahid Nəbiyevin yaxınlarına kompensasiya ödəyəcəklərini vəd verərək məsələni yoluna qoyublar. Hal hazırda isə Sumqayıt Şəhər Tramatologiya Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Rahid Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əlavə mənbə bildirir ki, Həmid adlı şəxs "Azərboru" ASC-yə "Baku Steel Company" MMC-də gəldiyi gündən işçilər xəstəlikləri ilə əlaqədar bülletenə çıxa bilmirlər. Çünki Həmid Sumqayıtın poliklinika və xəstəxanalarına "Azərboru" ASC-nin işçilərinə hər hansı arayışın verilməsinə yasaq qoydurub.

Yeri gəlmişkən bir müddət əvvəl "AzeriNew.org" xəbər portalı da sözü gedən müəsissədə baş qaldıran özbaınalıqlar barədə yazı dərc etmişdi. Saytın məlumatlarda bildirilidi ki, “Azərboru” ASC-yə yeni təyin olunmuş rəhbər şəxslərin köhnə işçilərdən vəzifələrində qalması üçün külli miqdarda pul tələb edir. Məlumatlara görə, müəssisənin "Elektro" sexinin rəisi Məmmədağa Koroğluyevin vəzifəsində qalması üçün, “Azərboru” ASC-nin baş direktoru Oqtay Rəfiyev ondan 75 min manat rüşvət alıb. Bundan xəbər tutan “Azərboru” ASC-nin idarə heyyətinin sədri Həsən Muradov isə Məmmədağa Koroğluyevdən daha 50 min manat ödəməsini tələb edib. Əks təqdirdə Məmmədağa Koroğluyev vəzifəsindən qovulacağı ilə hədələnib. Müəssisə rəhbərliyinin özbaşınalıqlarına etiraz edən Məmmədağa Koroğluyev bu səfər təhqirə məruz qalıb və elə bundan sonra sex rəisi “Azərboru” ASC-nin idarə heyyətinin sədri Həsən Muradovla əlbəyaxa olub. Bunun ardınca isə Həsən Muradov “Azərboru” ASC-nin mühafizə xidmətini məsələyə cəlb edib. Müəsissənin mühafizə xidmətinin əməkdaşları tərəfindən Məmmədağa Koroğluyev Həsən Muradova əl qaldırdığı üçün bərk döyülüb.

Geri qayıt