Əsas Səhifə > Dünya > SURİYA QAN İÇİNDƏ

SURİYA QAN İÇİNDƏ


21-12-2011, 12:22
SURİYA QAN İÇİNDƏ

BƏŞƏR ƏSƏDİN XALQINA QARŞI MÜQAVİMƏTİ DABAM EDİR

Suriyada Bəşər Əsəd rejimi ölkəyə beynəlxalq müşahidəçilərin daxil olmasına dair razılıq verməsinə rəğmən ölkədə qanlı toqquşmalar davam etməkdədir. Reuters agentliyinin Londonda mərkəzləşmiş Suriya İnsan Haqqları Monitorinq Qrupuna istinadən verdiyi məlumatda ötən günki toqquşmalarda ən azı 47 nəfərin öldüyü bildirilir. Ölənlərdən 14-nün Suriyanın cənubunda qiyamçı əsgərlərin pusqusuna düşmüş hərbçilər olduğu xəbər verilir.

Son günlər qarşıdurmanın əsas meydanına çevrilmiş Türkiyə sərhədinə yaxın İdlib əyalətində nümayişçilərlə hökumət qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində azı 23 nəfər dünyasını dəyişib.

Ərəb Liqasından olan müşahidəçilərin gəlişi çərçivəsində sosial şəbəkələrdə hökumət qüvvələri tərəfindən zorakılıqla yatırılan nümayişlərdən yeni həvəskar görüntülər yayımlanıb. Paytaxt Dəməşqin Midan adlı məhəlləsində mobil telefonla çəkilmiş videoda hökumət qüvvələrinin nümayişçilərə atəş açdığından, bəzi etirazçıların küçə döngələrində gizləndiyini görmək olur. Dəməşqdən olan digər görüntüdə bir qrup etirazçının atəşə tutulduğunu və onlardan birinin yaralandığını görmək olur. Etirazçıların küçədə quraşdırılmış maneələri oda vurması öz əksini tapır. İnternetdə yayılmış digər bir videoda təhlükəsizlik qüvvələri yenidən yas mərasimini güllə atəşləri ilə yatırmağa çalışıb. Bir yas iştirakçısının ayağından yaralandığını görmək olur. Dara əyalətində hökumət qüvvələrinin etirazçılara atəş açması nəticəsində 2 azyaşlı yeniyetmənin yaralandığı xəbər verilir.

Ölkədə müstəqil reportyor və jurnalistlərin çəkilişlər aparmasına icazə verilmədiyindən qanlı toqquşmaları yalnız sosial şəbəkələrdə yayımlanan həvəskar vidoelardan izləmək olur. Hökumət Ərəb Liqasının müşahidəçilərini qəbul etməyə razılıq versə də, ilk qrupun ən tezi 2 gündən sonra Suriya hüdudlarına daxil olacağı bildirilir.

Qeyd edək ki, BMT-nin son hesabatında mart ayından bəri ölkədə davam edən kütləvi nümayişlər zamanı yaranan toqquşmalarda ölənlərin sayının 5 mini ötdüyü qeyd edilir (anspress.az).


Geri qayıt