Əsas Səhifə > Dünya > MURSİ SƏHVİNİ ETİRAF EDİB

MURSİ SƏHVİNİ ETİRAF EDİB


1-07-2013, 15:13
MURSİ SƏHVİNİ ETİRAF EDİB
Misirin Prezident Administrasiyasının sözçüsü Ömər Amirin Prezident Məhəmməd Mursinin səhvlərini düzəltmək niyyətində olduğunu deyib.

SalamNews un “reuters”ə istinadla verdiyi xəbərə görə, nümayişçilər bu gün səhər saatlarında "Müsəlman Qardaşları" hərəkatının Qahirənin əl-Muqəttəm bölgəsində yerləşən baş qərargahına hücum edərək, qərargah daxilində olan insanlara müxtəlif dərəcədə bədən xəsarətləri yetiriblər. Dünəndən etibarən bu qərargaha hücumlar nəticəsində 7 nəfərin ölüb, 45 nəfər yaralanıb.

Ö.Amirin sözlərinə görə, Məhəmməd Mursi səhvlərini düzəltmək üçün addımlar atır. O bilir ki, səhvlərə yol verib. M.Mursin dəfələrlə muxalifəti milli dialoqa çağırıb və deyib ki, prezident son bir ildə baş verən səhv addımlardan geri addım atır və hazırda bəzi qərarların icrasına başlanılıb.

Geri qayıt