Əsas Səhifə > Cəmiyyət, Manşet > FHN ŞEFİ ONA PƏNAH GƏTİRƏNİ NƏDƏN AŞAĞILADI?

FHN ŞEFİ ONA PƏNAH GƏTİRƏNİ NƏDƏN AŞAĞILADI?


1-07-2013, 16:08
FHN ŞEFİ ONA PƏNAH GƏTİRƏNİ NƏDƏN AŞAĞILADI?
BU, KƏMALƏDDİN HEYDƏROVA YARAŞMADI…

DİA.AZ: - Redaksiyamıza ilginc bir məlumat daxil olub. Mətbuatda adı xarakterinə görə daha çox müsbət bir şəxs kimi hallandırılan, insanlara münasibətdə səxavətliliyi ilə ad çıxaran fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu dəfə imicinə yad bir davranışda bulunduğu söylənilir.

DİA.AZ-a bu barədə danışan məlumatlı şəxs bildirir ki, təxminən yarım ay əvvəl fövqəladə hallar nazirinin qəbuluna övladı ağır xəstə olan valideynlərdən biri düşə bilir: «Nazir onu qəbul edir və valideynin ondan xəstə övladının müalicəsi üçün 100 min ABŞ dolları istədiyini eşidəndə onu ağır sözlərlə təhqir etməklə yanaşı aşağılayır da. Belə ki, FHN şefi xəstə yaxınına «sənin özünün qiymətin 100 min dollar deyil, bu pulu sənə niyə verməliyəm» ki cavabını verir».

Mənbənin sözlərinə görə, bu sözlərdən sonra əsəbiləşən xəstə yaxınının halı pozulur və hətta nazirliyə təcili tibbi yardım da çağrılmalı olur: «Bundan sonra Kəmaləddin Heydərov müavinlərindən birinə tapşırır və ürəyi tutan valideynə 10 min dollar pul yardım edilib, nazirlikdən yola salınır».

Hər halda, aldığımız bu xəbərin nə qədər həqiqət olduğunu bilməsək də, eşitdiklərimizə heç inana bilmədik. Ən azından o səbəbə görə ki, deyilənlər Kəmaləddin Heydərovun bu vaxta qədər qazandığı namı heç də ehtiva etmir. Amma buna rəğmən mənbəmiz hadisənin həqiqətən də baş verməsini israr edir və hətta bildirir ki, FHN şefinə yardım üçün ağız açan valideynə bu barədə danışması da yasaq edilib.

Geri qayıt