Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DİNDAR MƏHBUS TÜRMƏDƏN TƏŞƏKKÜR YOLLADI

DİNDAR MƏHBUS TÜRMƏDƏN TƏŞƏKKÜR YOLLADI


1-07-2013, 16:16
DİNDAR MƏHBUS TÜRMƏDƏN TƏŞƏKKÜR YOLLADI
11 il həbsə məhkum edilmiş mübariz ruhani Abgül Süleymanov zindandan təşəkkür məktubu göndərib

Ruhani bildirib ki, "Əl-Mizan fi təfsiril Quran" kitabının Azərbaycan dilinə tərcüməsinə görə ilahiyyatçılar Ceyhun Cəfərov, Bağırov Yusif, Elşən Mustafaoğlu, Ağaverdiyev Mais, Mehdiyev Ağabala, Həmidov Xəlifəyə təşəkkürümü çatdırın.

20 cilddən ibarət olan "Əl-Mizan" təfsir kitabının hələki 4 cildi Azərbaycan dilinə tərcümə edilib.

Hacı Abgül Süleymanov kitabın tam tərcüməsi üçün tərcüməçilərə uğurlar arzulayıb.

Hicri-qəməri təqvimi ilə 1347-ci ildə Əllamə Məhəmməd Hüseyn Təbatəbi "Əl-Mizan" kitabını yazmağa başlayıb.

Dahi alim kitabı 1392-ci ildə Qədr gecəsində bitirib. Bu kitab Quranın ən müfəssəl təfsiri hesab edilir.

Geri qayıt