Əsas Səhifə > Dünya > QƏZZAFİNİN OĞLU AZADLIQDA
QƏZZAFİNİN OĞLU AZADLIQDA21-12-2011, 12:46 |
MƏHKƏMƏ ONA QARŞI DƏLİL TAPMAYIB Liviyalı jurnalist və yazar Əsəd Əbu Qaliyə yerli Əz-Zintan məhkəməsinin Seyfulislamın adam öldürmə ittihamından bəraət aldığnı elan edərək sərbəst bıraxılmasına qərar verdiğini açıqlayıb. Yazar Əsəd Əbu Qaliyə Liviyada ağızdan-ağıza dolaşmaqda olan bir xəbəri ictimaiyyətin gündəminə çıxarıb (Deyerler.org). “Dünya Əl-Vətən” xəbər saytına danışan Əbu Qaliyə bildirib ki, yerli məhkəmə onun cinayət və qətliam hadisələrinə qarışmasına dair kifayət qədər sənədlərin olmadığını göstərən bəzi dəlillər təqdim etdiyinə görə azad buraxıb. Liviyalı jurnalist bildirib ki, Zintan məhkəməsi S.Qəzzafinin təqdim etdiyi sənədləri araşdıraraq və eyni zamanda Seyfulislamın səhhətinin də uyğun olmadığını nəzərə alaraq, cinayət ittihamından bəraətini elan edərək dərhal sərbəst bıraxılmasına qərar verib. Əbu Qaliyə daha sonra “Seyfulislamın iki barmağının durumu çok pisdir və yaraları heç sağalmayıb. Buna görə də vəziyyəti daha da ağırlaşıb. Belə görünür ki, müalicəsi üçün xaricə getməsi lazımdır”, - deyə fikirlərini bildirib. Geri qayıt |