Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN İSMƏT ABBASOVLA BAĞLI ŞOK PLANI
RAMİZ MEHDİYEVİN İSMƏT ABBASOVLA BAĞLI ŞOK PLANI2-07-2013, 12:10 |
PA ŞEFİ VƏZİYYƏTDƏ ÇIXA BİLMƏSİ ÜÇÜN KİMLƏRİ HƏDƏFƏ ÇEVİRƏCƏK? DİA.AZ: - «Ramiz Mehdiyev bu arada iri fiqurlardan birini hədəfə çevirməklə üzərinə köklənən nəzərləri yayındırmağa çalışır». Bu ilginc məlumatı DİA.AZ-a Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin durumunu şərh edən hökumət içindəki mənbə ötürüb. Qaynaq iddia edir ki, PA şefi prezident seçkiləri ərəfəsində əsas hədəfə çevrilməməsi üçün gərgin əmək sərf etməkdədir: «Həm müxalifət düşərgəsi ilə, həm də beynəlxalq təşkilatlarla münasibətlərdə süni gərginliklər yaradılır. Olmayan problemlər qabardılır, şişirdilərək təqdim olunur. Bu gün hakim düşərgə üçün «yalançı düşmən» obrazının yaradılması daha çox Mehdiyevin maraqlarına işləyir». Mənbəmiz şərhində maraqlı bir məqama da toxundu: «Ramiz Mehdiyev hakimiyyət içində də səs-küylü kadr dəyişikliyinə nail olmağı düşünür. Hətta həbsləri belə göz önünə gətirib. Necə ki, 2005-ci ilin 17 oktyabr hadisələri zamanı Əli İnsanov, Fərhad Əliyev kimi fiqurlar çıxdaş olundu və bununla əslində cəmiyyətdə deyil, hakimiyyət daxilində böyük bir xof yarandı». Mənbəmiz bildirir ki, indi də PA şefi kənd təsərrüfatı naziri İsmət Abbasovun vəzifəsindən alınmasında və eləcə də KTN sektorunda yüksək ranqlı məmurlardan birinin həbsinə nail olmağı düşünür: «Belə bir plan var və həmin dövlət məmuru korrupsiya faktı ilə həbsə atılmalıdır». Geri qayıt |