Əsas Səhifə > Sosial, Manşet > İKİ BƏLƏDİYYƏ SƏDRİNİN QOLLARI QANDALLANIR

İKİ BƏLƏDİYYƏ SƏDRİNİN QOLLARI QANDALLANIR


2-07-2013, 12:38
İKİ BƏLƏDİYYƏ SƏDRİNİN QOLLARI QANDALLANIR
HAKİMİYYƏT SEÇKİ ƏRƏFƏSİNDƏ ANTİKORRUPSİYA TƏDBİRLƏRİNİ BƏRPA EDİR

DİA.AZ: - Redaksiyamıza hakimiyyətin yeni antikorrupsiya dalğasına start verəcəyilə bağlı ilginc məlumat daxil olub. Nazirlər Kabinetindəki mötəbər mənbənin verdiyi informasiyalardan belə aydın olur ki, yaxın günlərdə seçkiqabağı dönəm üçün iqtidar düşərgəsinin təbliğatına xidmət edəcək bir neçə səs-küylü korrupsiya ilə mübarizə tədbiri həyata keçiriləcək.

Mənbənin DİA.AZ-a söylədikləri: «Söhbət bələdiyyə sistemində nəzərdə tutulan təftişdən gedir. Həbslər belə planlaşdırılır. Konkret olaraq iki rayonunun bələdiyyə sədrinə qarşı rüşvət ittihamı ilə plan hazırlanır və yaxın günlərdə əməliyat həyata keçiriləcək».

Mənbəmiz konkret olaraq hansı rayon bələdiyyələrinin sədrlərinin hədəfdə olduğunu söyləməsə də, onların hər ikisinin Bakının rayonlarıdan olduğunu bildirdi.

Geri qayıt