Əsas Səhifə > Cəmiyyət > ŞOK: "DƏMİRBANK" RƏQSANƏDƏN 73625 DOLLARINI TƏLƏB EDİR
ŞOK: "DƏMİRBANK" RƏQSANƏDƏN 73625 DOLLARINI TƏLƏB EDİR2-07-2013, 12:44 |
Sənətindən çox, müxtəlif qalmaqallarla gündəmdə qalan müğənni Rəqsanə İsmayılovanın başı yenidən dərdə girib. Bu barədə mia.az-a daxil olan məlumata görə, müğənni vaxtı ilə aldığı 73625 dollarlıq krediti ödəmədiyinə görə məhkəməyə verilib: «Rəqsanə İsmayılova «Dəmirbank» ASC-dən 73625 dollar məbləğində kredit alıb. Amma o, krediti müqaviləyə uyğun olaraq ödəməkdən yayınıb. Bank isə buna görə onu məhkəməyə verib. Məsələnin ən maraqlı tərəfi budur ki, Rəqsanə bu dəfə də özü ilə bərabər, bir neçə nəfəri də «ilişdirib». Belə ki, ona zamin duran şəxslər də məhkəməyə cavabdeh qismində cəlb olunub». Məlumata görə, Rəqsanəyə qarşı qaldırılmış iddiaya Nizami rayon Məhkəməsində baxılıb: «Həmin məhkəmə instansiyasında “Dəmirbank” ASC-nin Rəqsanə İsmayılova başda olmaqla, ona zamin duran şəxslər - Vəliyev Bəxtiyar Qafar oğlu, Vəliyeva Sürayyə Byadı qızı, Vəliyeva Raminə Qafar qızına və Vəliyev Ruhin Mustafa oğluna qarşı 73625 ABŞ dolları məbləğində borcun ödənilməsi haqda iddia qaldırıb. Bank bununla yetməyib, Rəqsanənin və zamin duran şəxslərin borcun qarşılığında ipoteka edilmiş əmlaklarının müsadirə edilməsini də tələb edir. Yəni borcun ipoteka predmetinə yönəldilməsini istəyir». Həmin məhkəmə instansiyasının çıxardığı qərarın mübahisəyə son qoymadığını deyən müsahibimizin sözlərinə görə, Rəqsanə və onun yaxınları apellyasiya şikayəti veriblər: «Hazırda müğənni Rəqsanə bankı iddiasından geri çəkmək üçün əsl şou-biznes aləminin qalmaqalı nümayəndəsi qismində çıxış edir. O, Bakı Apelyasiya Məhkəməsində əsas olmadan banka qarşı qarşılıqlı iddia qaldırıb və məhkəmədən bankla aralarında bağlanmış əqdin ləğvini tələb etməyə başlayıb. Maraqlı burasıdır ki, onun da şikayəti icraata götürülüb. İndi Bakı Apellyasiya Məhkəməsində «Dəmirbank»ın ilkin, Rəqsanə və yaxınlarının isə qarşılıqlı iddiaları baxışdadır». Məlumata görə, müğənni ilə bankın məhkəmə çəkişməsi Bakı Apelyasiya Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə icraata qəbul olunub və araşdırılır: “İş üzrə iyunun 28-nə təyin olunmuş iclas saatı iyulun 19-na keçirilib». Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini də dərc edə bilərik. Geri qayıt |