Əsas Səhifə > Dünya > İSTANBUL YENƏ DƏ QARIŞDI
İSTANBUL YENƏ DƏ QARIŞDI3-07-2013, 13:00 |
Türkiyə İstanbul şəhərində yerləşən İstanbul Texniki Universitetinin (İTU) həyətində tələbələrlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, hadisə Ali Təhlis Şurasının (YÖK) sədri professor Gökhan Çətinsayanın İTU-da keçirəcəyi konfransdan əvvəl baş verib. Məlumata görə, bir qrup aksiyaçı tələbə “Ali təhsil – sənaye münasibətləri, Birləşmiş Krallıq – Türkiyə məlumat ortaqlığı” adlı tədbirin keçiriləcəyi zala girməyə çalışıb. Təhlükəsizlik qüvvələri tərəfindən yolları kəsilən tələbələr, “Hər yer Taksim, hər yer müqavimət” şüarları səslənirməyə başlayıblar. Qeyd edək ki, hazırda İTU-də tərəflər arasında gərginlik davam edir. Geri qayıt |