Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAZİM MƏMMƏDOVDAN ŞİKAYƏT VAR
RAZİM MƏMMƏDOVDAN ŞİKAYƏT VAR3-07-2013, 14:53 |
SAKİNLƏR BAŞÇININ ƏLİNDƏN DAD DEYİR Bakı şəhəri Xətai rayonunun bir qrup sakini çərşənbə günü RATİ-də sosial problemlərlə bağlı mətbuat konfransı keçirib. Sakinlərin yaşadığı NZS qəsəbəsi, İlqar Həbibov küçəsi, 46 saylı 12 mənzildən ibarət 2 mərtəbəli ev qəzalı durumdadır. Taxta konstruksiyalı, içi qamışla doldurulmuş bu ev XX sərin 30-cu illərində tikilib, 15 illik istifadə üçün yararlı sayılıb. 1945-ci idən istifadə müddətini başa vurub. Ustəlik, bu evdə 12 mənzıl olsa da bir mənzildə 3-5 ailə yaşayır. 2000-ci ilin noyabr zəlzələsindən sonra ev ciddi deformasiyaya uğrayıb. 2012-ci ilin dekabrında qaz partlayışından sonra bina təməlinə qədər zədələnib. Partlayışa deformasiyadan sonra binada əmələ gələn çatlardan içəri dolan qaz sızması səbəb olub. Partlayışdan sonra külək əsəndə, ağır tonnajlı maşın hərəkət edəndə bina silkələnir, yağış mənzillərin içinə dolur. Belə bir ağır şəraitdə yaşayan sakinlər ötən 7 ay ərzində bütün idarəetmə orqanlarına müraciət etsələr də hər hansı nəticəyə nail ola bilməyiblər. Fövqəladə Hallar Nazirlyinin ekspertləri binanın qəzalı durumda olduğunu, bu binada yaşamağın sakinlərin həyatına real təhlükə yaratdığını şifahi şəkildə etiraf ediblər. Amma sakinlərə binanın qəzalı olması haqda yazılı rəy təqdim etməyiblər. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və digər orqanlara çoxsaylı müraciətlər olsa da hər hansı cavab verilməyib. Binada yaşamaq təhlükəli olduğu üçün ailələr hər hansı bədbəxtliklə üzləşməmək üçün körpə uşaqları qohum-əqrəba evinə yerləşdirməyə məcbur olublar. Belə duruma baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti binanın təmirə yaramadığı haqda rəy verib. Sakinlər birmənalı olaraq bu rəyi əsassız sayırlar. Bir tərəfdən binanın qəzalı olmasını, digər tərəfdənsə istifadə müddətinin 70 il bundan əvvəl bitməsini əsas gətirən sakinlər rayon İcra Hakimiyyətini sakinlərin həyatı ilə oynamaqda ittiham ediblər. Ölkənin milyardlarla gəliri olduğu halda 30-40 ailənin ev probleminin 7 ay içində həllini tapa bilməməsi vətəndaşa sayığısızlıq və hörmətsilik kimi dəyərləndirilib. Sakinlər həm də ev problemlərinin həlli üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciətlərinə görə rayon icra başçısı tərəfindən təhqirə məruz qaldıqlarını nəzərə çatdırıblar. Sakinlər hökumətdən ya yeni ev ala bilmək üçün yetərli kompensasiya, ya şəhərin başqa yerində yeni evlə təmin olunmağı, ya da bu evin sökülüb yerində yeni tikiləcək binadan mənzillərin verilməsini tələb edirlər.- Geri qayıt |