Əsas Səhifə > Güney Press, Araşdırma > "AZƏRYOLSERVİS"DƏ BÖYÜK YEYİNTİ

"AZƏRYOLSERVİS"DƏ BÖYÜK YEYİNTİ


3-07-2013, 15:14
"AZƏRYOLSERVİS"DƏ BÖYÜK YEYİNTİ
CAVİD QURBANOVUN ÇƏTİRİ ALTINDA MAXİNASİYA

“Azəryolservis” ASC – də baş verən qanunsuzluğun, rüşvətxorluğun və korrupsiyanın getdikcə genişlənməsi haqqında ölkə mətbuatında demək olar ki, çox yazılıb və yazılır. Lakin mətbuatda yazılan bu cür mənfi halların aradan qaldırılması üçün cənab Cavid Qurbanovun müvafiq tədbirlər görməməsi mövcud vəziyyəti xeyli çətinləşdirir. Artıq iş o yerə çatıb ki, “Azəryolservis” ASC – də rəhbərlik tərəfindən təşkil olunmuş maliyyə fırıldaqlarının və maxinasiyalarının miqyasının hər an artdığı deyilir. Görəsən, Cavid Qurbanovun bundan xəbəri yoxdurmu? Xəbəri yoxdursa, bəs həmin təşkilatın rəhbərliyində nə üçün əyləşib?!

Həmin müəssisədə uzun illərdir davam edən, artan ardıcıllıqla yüksələn və ölkədə qüvvədə olan “Rüşvətxorluğa və Korrupsiyaya qarşı Mübarizə tədbirlər haqqında” Azərbaycan Respublikası qanunun heç bir tələblərinə uyğun gəlməyən rüşvətxorluq və korrupsiaya halları və qanunçuluqla bir yerə sığmayan digər əməllər “Azəryolservis” ASC – nin Yolların Ekologiya İdarəsinin müdiri Ələddin Hacıyevin fəaliyyət normasına çevrilib. Ələddin Hacıyev Cavid Qurbanovun müavini Bayram müəllimlə əlaqəyə girərək, körpülərin tikilməsi üçün ayrılmış külli miqdarda dövlət vəsaitini açıq – aşkar mənimsəməklə məşğuldur. Yəni, deyilənlər elə - belə söz xatirinə deyilmir. Bu deyimlərin arxasında həmin proseslərin içərisində iştirakçı olan konkret insanlar dayanır.

Ələddin Cəfərovun mənmsədiyi külli miqdarda dövlət vəsaiti əsasən, görülmüş işlərin keyfiyyətinin aşağı salınması, həmçinin şişirdilməsi, bazardan alınan tikinti materiallarının qiymətinin və kəmiyyətinin süni şəkildə artırılması hesabına mənimsənilir. Bu cür külli miqdarda mənimsəmə halları barədə məlumat verən mənbə bildirir ki, rüşvətxorluq və korrupsiya idarədə həm də ona görə ardıcıl baş verir ki, Yolların Ekologiya İdarəsinin müdiri Ələddin Hacıyev maliyyə fırıldağı nəticəsində əldə etdiyi pulun bir hissəsini Cavid Qurbanova ötürür. Buna görə də o, idarədə baş verən külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə göz yumur.

Məlumatlı mənbənin bildirdiyinə görə, Ələddin Hacıyevin əldə etdiyi pulların bir hissəsi əsasən əmək haqqı formasında ayrı – ayrı adamaların adına yazılır və həmin insanların bankomatları müdirin seyfində saxlanır. Əmək haqqı köçürüldükdən sonra xeyli sayda bankomat məlum adama verilir və həmin adam, adətən, gecə vaxtı bankomatdan pulu çıxararaq, Ələddin Hacıyevə təqdim edir və razılaşdırılmış məbləğini alıb vəzifəsini bitmiş hesab edir. Aldığımız məlumata görə, hazırda Ələddin Hacıyevin seyfində 50 – dən çox bankomat saxlanılır.

Tanıyanların və məlumat verənlərin dediklərinə görə, Ələddin Hacıyev bir neçə il bundan öncə ting alveri ilə məşğul olub. Bir qədər sonra müxtəlif vasitələrlə “Azəryolservis”in rəhbəri Cavid Qurbanova yol taparaq, normal təhsilə və müvafiq savada malik olmadığı halda, həmin servisin Ekologiya İdarəsinə rəhbər təyin olunub. Bundan sonra oğurluq pullar hesabına sürətlə varlanan Ələddin Hacıyev Bakı – Mərdəkan şossesinin kənarında “Yaşıl Məkan” adlanan tink bisnes mərkəzini açır və rəhbəri olduğu idarəyə məxsus texnikanı həmin məkanda işlətməyə başlayır. Hazırda “Azəryolservis” ASC – ninYolların Ekologiya idarəsinə məxsus qiymətli texnika Ələddin Hacıyevin şəxsi biznes mərkəzi olan “Yaşıl Məkanda” işləyir.

Əlddin Hacıyevin cinayətkarlıq fəaliyyətinin dosyesi ilə tanış olduqca, istər – istəməz insanda belə təsəvvür yaranır ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC – yə məxsus Ekologiya idarəsində baş verən korrupsiyadan Cavid Qurbanov hətta, and içib göy don geysə də belə, xəbərsiz deyil! Çünki, Ələddin Hacıyevin ətrafında onun cinayətkar əməllərindən dəqiq məlumatı olan və hətta onunla əlbir olan xeyli adamları var. Necə ola bilər ki, belə bir halda servis rəhbəri Ekologiya idarəsində baş verən cinayətkalıqdan xəbər tutmasın?!..

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik, bizi izləyin.

Geri qayıt