Əsas Səhifə > Dünya > MİSİRİ MÜVƏQQƏTİ OLARAQ BU ADAM İDARƏ EDƏCƏK
MİSİRİ MÜVƏQQƏTİ OLARAQ BU ADAM İDARƏ EDƏCƏK4-07-2013, 10:21 |
“Media forum” saytı iyulun 3-də Misirdə dövlət başçısı (müvəqqəti prezident) postuna gətirilən Konstitusiya Məhkəməsinin sədri Ədli Mənsuru təqdim edir. Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib. Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir. Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var. Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq. Geri qayıt |