Əsas Səhifə > Partiya > TAHİR KƏRİMLİ MÜXALİFƏTİ İTTİHAM ETDİ
TAHİR KƏRİMLİ MÜXALİFƏTİ İTTİHAM ETDİ4-07-2013, 11:04 |
""MİLYARDERLƏR İTTİFAQI"NIN PULUNA GÖZ DİKİBLƏR" “Özünü aparıcı müxalifət liderləri adlandıran və dəfələrlə xalqı aldadıb hakimiyyətə gələcəyini deyən şəxslərin Rüstəm İbrahimbəyov kimi siyasətdən bixəbər və naşı bir adamın ətrafında birləşməsi onların acizliyinin göstəricisidir”. Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib. Onun sözlərinə görə, Milli Şuranın yaranması və Rüstəm İbrahimbəyovun vahid namizədliyi ətrafında birlşməsi müxalif düşərgənin öz məğlubiyyətini etirafı kimi qiymətləndirilə bilər: “İsa Qəmbər 20 ildir deyir ki, hakimiyyətə gələcəm. Hər seçkidə xalqı aldadıb, “xristian dünyası”nın sifarişi ilə sadə insanları həbsə göndərməklə məşğuldur. Bəs nə baş verdi ki, o birdən-birə Rüstəm İbrahimbəyovun xeyrinə geri çəkildi?! Hesab edirəm ki, İsa Qəmbər və Əli Kərimli “Milyarderlər İttifaqı”nın puluna göz dikib və ittifaqda təmsil olunan İbrahimbəyovun şirnikləşdirməklə, Rusiyanın cibinə girmək istəyirlər. Görünür qərb dövlətləri də perspektivsizliyini görüb onları müdaifə etmir, bu səbəbdən nicatı Rusiyada görürlər. Bu səbəbdən can-başla Rusiyadan gələn sifarişləri icra edirlər. Amma reallıq ondan ibarətdir ki, onların heç bir şansı yoxdur və bu dəfə əli ətəyindən uzun geri çəkilib, bir-birini söyməyə, təhqir etməyə başlayacaqlar. Mənə Milli Şurada bircə nəfər göstərin ki, bir-birini söyməmimiş, təhqir etməmiş olsun. Onlar bütün müsbət şəxsi keyfiyyətlərdən məhrum və ikiüzlü adamlardır”. Geri qayıt |