Əsas Səhifə > Sosial, Manşet > FHN ŞEFİ BƏYLƏR ƏYYUBOVA NECƏ MƏĞLUB OLUB?

FHN ŞEFİ BƏYLƏR ƏYYUBOVA NECƏ MƏĞLUB OLUB?


4-07-2013, 11:12
FHN ŞEFİ BƏYLƏR ƏYYUBOVA NECƏ MƏĞLUB OLUB?
MASALLI UĞRUNDA BAŞLANAN BÖYÜK SAVAŞ ƏHƏD ABIYEVİ HƏDƏFƏ ÇEVİRİB

DİA.AZ: - Bir müddət əvvəl deputat mandatından məhrum edilən Daşkəsənin icra başçısı Əhəd Abıyev yenidən hədəfə gəlib. DİA.AZ bildirir ki, bu barədə 30gun.az xəbər yayıb. Portala danışan mənbənin sözlərinə görə, artıq Əhəd Abıyevin hakimiyyət daxilində xeyli rəqiblərinin olması onun getdikcə portfelsiz icra başçısına çevrilməsini şərtləndirib.

İcra başçısının əsas rəqibi isə Kəmaləddin Heyədrov olduğu deyilir. "Fövqəlnazir"in Əhəd Abıyevin "devrilməsi planı"na gəlincə onun Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubova Masallı rayonunda turizm sahələrinin itirilməsi ilə izah edilir. Məlumatlara görə, bir neçə il əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkənin cənub rayonlarında, xüsusilə Yardımlı və Masallıda turizm biznesi qurmaq niyyətində olub. Kəmaləddin Heydərov hər iki rayonda turizmə yararlı olan əraziləri almaq üçün fəaliyyətə başlayıb. Bu ərazilərdən bir neçəsi alınıb, bir neçəsi ilə bağlı isə danışıqlar gedib.

Kəmaləddin Heydərov Masallıda problemlə üzləşməmək üçün Yardımlının icra başçısı Qəzənfər Ağayevin bu rayona transfer olunmasına nail olub. Amma o zaman Bəylər Əyyubov da Masallıda turizm biznesi yaratmaq niyyətində olub. General bu işi komandasının üzvü, o zaman Masallının deputat olan, hazırda isə Daşkəsənin icra başçısı vəzifəsində çalışan Əhəd Abıyevə tapşırıb. Abıyevlər də Masallıda turizmə yararlı olan bəzi yerləri alıb. Qəzənfər Ağayev rayona icra başçısı təyin edildikdən sonra Bəylər Əyyubovla Kəmaləddin Heydərovun maraqları toqquşub.

Abıyevlərin Qəzənfər Ağayevə hücumunun kökündə də elə bu məsələ dayanıbmış. Kəmaləddin Heydərovun səyləri nəticəsində Qəzənfər Ağayev icra başçısı təyin edildikdən sonra birinci müavini və həm də fövqəladə hallar komissiyasının sədri olan Əhəd Abıyevin qardaşı Nadir Abıyevi komissiya sədri vəzifəsindən uzaqlaşdırıb. Amma bunlara baxmayaraq Bəylər Əyyubovun adamları Masallıda turizmə yararlı əraziləri alıblar. Bu mübarizədə isə Kəmaləddin Heydərov Bəylər Əyyubova qalib gələ bilməyib. Əksinə İlham Əliyev Qəzənfər Ağayevi Masallının icra başçısın vəzifəsindən azad edərək Astaranın rəhbərliyinə gətirdi. Masallının icra başçısı postuna isə Prezident Aparatında işləyən Rafil Hüseynov təyin edildi. Rafil Hüseynovun isə Bəylər Əyyubova yaxın şəxs olduğu bildirilir. Bu baxımdan İlham Əliyevin təyinatı Masallının Bəylər Əyyubovun nəzarətinə keçməsinə zəmin yaratdı. Kəmaləddin Heydərov isə bu mübarizədə məğlub oldu.

Bir məqamı da diqqətə çatdıraq ki, bir müddət əvvəl Əhəd Abıyev Masallı məmurlardan birini rayonda aranı qarışdırmaqda suçlamışdı. Əhəd Abıyev həmin məmurun adını çəkməsə də, dolayısı ilə işarə vurmuşdu ki, həmin şəxs “fövqəlnazir”in adamıdır.

Lakin icra başçısının başqa iri çəkili məmurlarla da münasibətləri kəskinləşib.

Geri qayıt