Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GÖYGÖL ŞƏRAB ZAVODUNDA FƏHLƏ ÜSYANI
GÖYGÖL ŞƏRAB ZAVODUNDA FƏHLƏ ÜSYANI4-07-2013, 12:04 |
Azərbaycancanda özəl sektorda işçilərin əmək hüquqqlarının pozulması adi hala çevrilib. İşçilərlə əmək müqavilələrinin bağlanmaması, iş saatından artıq əməmyə cəlb edilmələr barədə mətbuatda çox yazılsa da uğurlu nəticə olmayıb. Belə müəssisələrdən biri də Göygöl rayonunda yerləşən Göygöl Şərab Zavodudur. Zavodda çalışan bir qrup işçi redaksiyamıza müraciət edərək, rəhbərliyin qanunsuzluğundan gileyləniblər. Şikayətçilər bildirib ki, zavodun icraçı direktoru Ceyhun İsmayılov fəhlələrin hüquqlarını pozmaqla məşğuldur. Ceyhun İsmayılov baş şərabçı Rasim Ömərovun işçilərin ünvanına söylədiyi nalayiq söyüşlərə göz yumur. Narazılıq edənlərə isə “qapı açıqdır, gedə bilərsən” mesajını verir. İndiyədək şərabçılıq sahəsində uzun illər təcrübəyə malik olan çoxsaylı texnoloqlar bu zavodu tərk edib. Son zamanlar əmək haqlarının verilməsində də ciddi problemlər yaranıb. Şikayətçilərin zölərinə görə, Ceyhun İsmayılovun səhlənkarlığı ucbatından zavodun məhsulu keyfiyyətsizdir: “Artıq məhsulumuzun satışında azalma özünü göstərir. Bu insanları buraya təyin edib, göndərənləri xəbərdar etmək istəyirik ki, illərdən bəri şərabçılıq texnologiyasında və istehsalında öz yeri olan Göygöl Şərab Zavodu öz imicini itirməkdədir”. Qeyd edək ki, Göygöl Şərab Zavodunun əsas səhmdarı «Vinaqro» Məhdud Məsuliyyətli Cəmiyyətidir. Geri qayıt |