Əsas Səhifə > Güney Press, Araşdırma > AKİF MURADVERDİYEV AZADLIĞA ÇIXMAQ İSTƏYİR

AKİF MURADVERDİYEV AZADLIĞA ÇIXMAQ İSTƏYİR


4-07-2013, 12:42
AKİF MURADVERDİYEV AZADLIĞA ÇIXMAQ İSTƏYİR
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilən Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin girov müqabilində azadlığa buraxılmasına dair vəsatət verilib.

Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, vəsatətə Səbail Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.

Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Geri qayıt