Əsas Səhifə > Cəmiyyət, Manşet > İRAN AZƏRBAYCAN ŞEYXİNİ NECƏ ÇƏTİNLİYƏ SALDI?

İRAN AZƏRBAYCAN ŞEYXİNİ NECƏ ÇƏTİNLİYƏ SALDI?


4-07-2013, 14:04
İRAN AZƏRBAYCAN ŞEYXİNİ NECƏ ÇƏTİNLİYƏ SALDI?
PAŞAZADƏ MEHDİYEVDƏN NÜFUZLU OLA BİLMƏDİ

DİA.AZ: - İranla Azərbaycanın münasibətlərindəki gərginlik kimsə üçün sirr deyil. Və bu sirr olmayan reallığı hər addımda hiss etməkdəyik. Belə ki, bu günlərdə azadlığa buraxılan azərbaycanlı xanım alim Xalidə Xalidin həbsi də əslində münasibətlərdəki gərginliyin təzahürü idi. DİA.AZ-ın bu həbslə bağlı əldə etdiyi ilginc faktlar isə İranın heç də adında ehtiva olunduğu kimi İslam deyil, sırf olaraq bir qrup fars millətçisinin diqtə etdiyi cəngəllik qanunları ilə idarə olunduğunu tam olaraq sübutlayır.

DİA.AZ-a daxil olan informasiyalara görə, əslində Xalidə Xalid Bakıda keçən ildən bəri Azərbaycana qanunsuz silah keçirməkdə ittiham olunan və İranın xüsusi xidmət orqanlarının casusu olması şübhə doğurmayan Mikayıl Kazıminin həbsinə cavab olaraq İranda saxlanılmışdı: «Bu, hər kəsə aydın olan bir faktdır və sonradan da İranın Xalidə Xalidin azadlığının müqabilində Mikayıl Kazıminin sərbəst buraxılmasını istəməsi də həqiqəti ortaya çıxardı. Yəni rəsmi Tehran rəsmən Mikayıl Kazımiyə görə Azərbaycan vətəndaşını girov götürmüşdü».

Amma məsələnin maraqlı bir tərəfi də var. Bununla bağlı DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İranda olarkən rəsmi Bakının razılığı olmadan Mikayıl Kazıminin azadlığa buraxılacağına vəd verib: «Halbuki buna qədər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə bir təklifə - yəni Xalidə Xalidin azadlığının müqabilində Mikayıl Kazıminin buraxılması təklifinə müsbət yanaşmamışdı və hətta bu barədə Tehran rəsmiləri ilə danışıqlarında net bir ifadə də işlədib: «Mənim elə bir səlahiyyətim yoxdur». Amma sonradan Allahşükür Paşazadə icazəsiz şəkildə İranı arxayın saldı».

Bildirək ki, həqiqətən də Ramiz Mehdiyevin İran nümayəndələrinə Tehranda olarkən belə bir cavabı verməsi kifayət qədər inandırıcı görünür. Çünki həmin ərəfədə fars-molla rejiminin antiAzərbaycan ruhlu təbliğat maşını Ramiz Mehdiyevi hədəfə alaraq onu səlahiyyətsizlikdə ittiham etmişdi. Hətta fars mətbuatında onu «sıradan dəftərxana müdiri» də adlandıraraq məlum danışıqlara üstüörtülü formada da toxunmuşdular.

Məlumatı verən mənbə iddia edir ki, amma Şeyxin belə bir vədi icazəsiz şəkildə verməsi onun özünə əlavə problemlər yaradıb: «Təbii ki, Ramiz Mehdiyevin ardından İrana gedərək Xalidə Xalidin azadlığına nail olması Şeyxdən Bakıda hesabat istənilməsilə müşaiyət olundu. Şeyx bununla Ramiz Mehdiyevdən səlahiyyətli olduğunumu nümayiş etdirirdi?

Amma buna rəğmən rəsmi Bakı gec də olsa, Mikayıl Kazımini azadlığa buraxdı. Bununla da, yəni bu məsələ reallaşan ərəfədə Xalidə Xalidi azadlığa buraxacığını vəd etsə də, prosesi yubadan İran da xanım alimimizi Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil verdi».

Mənbə bir maraqlı faktı da çıqladı ki, bu hadisə səbəbindən Allahşükür Paşazadə hakimiyyətin üst düzəyi tərəfindən ciddi şəkildə tənqid olunub.

Geri qayıt