Əsas Səhifə > Cəmiyyət, Manşet > BAKININ MƏRKƏZİNDƏ İKİYƏ BÖLÜNMÜŞ BAZAR

BAKININ MƏRKƏZİNDƏ İKİYƏ BÖLÜNMÜŞ BAZAR


4-07-2013, 14:49
BAKININ MƏRKƏZİNDƏ İKİYƏ BÖLÜNMÜŞ BAZAR
BU RƏSMƏN ÖZBAŞINALIQDIR

DİA.AZ: - «Təzə Bazar»ın bir hissəsi müasirləşsə də, şəhərin günü-gündən gözəlləşən görkəminə uyğunlaşdırılsa, digər hissəsi baxımsız vəziyyətdədir. Bu isə adıçəkilən bazarla bağlı məhkəmənin çıxardığı qərardan sonra oldu. Belə ki, bazarın bir hissəsi Vaqif Şıxəliyevə, digər hisəsi isə Məmmədağa İbrahimova verildi. Hazırda isə Vaqif Şıxəliyevin ixtiyarında olan hissədə Bakı şəhər İcra Hakimiyyəti və Nəsimi rayon İcra Hakimiyyətinin icazəsi ilə sahibkarlara normal şəraitin yaradılması üçün abadlıq işi aparılır, bazara üz tutanların ürəyincə olsun deyə, yüksək səviyyəli işlər görülür.

Bu isə Məmmədağa İbrahimovun necə deyərlər, qısqanclığına səbəb olur. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, öz ərazisində olan yaşıllqları məhv edib yerində cürbəcür, heç bir standarta uyğun gəlməyən ticarət köşkləri tikdirən İbrahimov başqa variantlara da əl atır. Belə ki, dünən Məmmədağa İbrahimovun ərazisində ticarətlə məşğul olan, Talış Ağsaqqallar Şurasının lideri adlandıran və separatçı əməllərinə görə ölkədən qovulan Əlikram Hümbətova yaxın münasibətdə olduğu bildirilən, həm də onunla eyni bölgədən olan Asiman adlı bir nəfər çaxnaşma salmağa çalışıb. Bunu təlimatlandıran şəxsin isə Məmmədağa İbrahimov olduğu deyilir. Deyilənə görə, Məmmədağa İbrahimov bazarın digər hissəsinin sahibinin apardığı abadlıq işlərini gözü götürməyib və çalışıb ki, çaxnaşma yaratmaqla, narazılıq salmaqla vəziyyəti qarışdırsın. Amma onun istəyi təbii ki, baş tutmayıb. Və Əlikramçı olduğu bildirilən Asimanın əməlləri fiaskoya uğrayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt