Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANDA PUL «PEREVOD»U MAFİYASI

AZƏRBAYCANDA PUL «PEREVOD»U MAFİYASI


22-12-2011, 12:15
AZƏRBAYCANDA PUL «PEREVOD»U MAFİYASI

MİLYONLAR DÖVR EDƏN ŞƏBƏKƏNİN İLGİNC FAKTLARI

DİA.AZ: - Hindistanın «İndia Today» qəzeti Azərbaycanla bağlı sensasion məlumat yayıb. Qəzetin iddiasına görə, Üsəma Bin Laden öldürüləndən sonra Pakistanın Təhlükəsizlik Xidməti uzun müddətdir gizlətdiyi Davud İbrahimi qaçırıb. Bəs Davud İbrahim kimdir? Onun digər cinayət əməllərini bir tərəfə qoyub yalnız birini qeyd etmək istəyirik. Davud İbrahim bütün dünya üzrə qeyri-leqal yolla pul ötürmələrinin (perevodların) həyata keçirildiyi sistemin böyük hissəsinə nəzarət edir. İstər-istəməz sual doğdu ki, görəsən bizdə kimlər bu sahəyə nəzarət edir?

Azərbaycandan xaricə pul köçürülməsi üçün bir sıra xidmətlərdən istifadə olunur. Banklar xüsusi ilə bu funksiyanı həyata keçirirlər. Lakin son dövrlər bu məsələyə də əl qoyulub. Özü də maraqlı bir şəkildə. Bunu pul köçürmədə «evrika»da adlandırmaq olar. Belə ki, xaricə pul köçürmək istəyən şəxs banka müraciət etdikdə, həmin pulun qarşı tərəfə çatdırılması üçün elə də problem yaradılmır. Sadəcə, müştərinin verdiyi pul bankın hesabına salınmır. Telefonla göndəriləcək ölkədəki adama xəbər verilir ki, filan nömrəli abonentə zəng edib ondan pulu ala bilər. Bu köçürmənin müqabilində isə tutulan bank faizi müəssisəyə gəlir kimi deyil, «perevod» mafiyasının cibinə daxil olur. Bildirək ki, bəzi hallarda belə köçürmələrdən istifadə zamanı yanlışlıqlar və ya bağışlanmayan hallar meydana çıxır. Məsələn, hardasa iki il əvvəl «Röyal Bank of Baku»nun Nəsimi filalının rəhbəri Cahanbəxş adlı İran vətəndaşı tanıdığı adamların əli ilə naməlum pul köçürmələri edib. Bu barədə mətbuatda verilən məlumatda qeyd olunur ki, həmin pulun bir qismi Özbəkistana, bir qismi İrana, digər qismi isə Türkiyəyə göndərilib. Hətta bu zaman belə bir iddia meydana çıxmışdı ki, göndərilən pullar ayrı-ayrı terror təşkilatlarının adamlarına çatdırılıb və bu köçürmə məqsədli şəkildə həyata keçirilib. Köçürmə zamanı əldə olunmuş gəlir isə banka deyil, məhz Cahanbəxş adlı şəxsə çatıb ki, bunun da adını tapmaq mümkün deyil.

Amma bu da son deyil. Əlimizdə başqa faktlar da var. Aldığımız məlumata görə, qeyri-qanuni pul köçürmələri ilə məşğul olan iki «möhtəşəm» şəxs var. Bunlardan biri Bahadur, digəri isə Ramin adlı şəxsdir. Bu adamların hər ikisinə Bakı Hava limanında əlahiddə koridor verilib. Onlar demək olar ki, hər gün limandakı xüsusi koridorla 4-5 milyon dollarp pul çıxararaq Çin, Dubay, rusiya, Türkiyə, İran istiqamətinə və əks tərəfə «köçürülür». Köçürmə zamanı aeroporta xüsusi inkassator maşınları gəlir və pul heç bir maneəsiz onlara ötürülür, ordan isə hansı məntəqəyə lazımdır ora.

Aldığımız məlumata görə, bir qədər əvvəl rusiya «FSB»si 20 milyon pul müsadirə edibmiş. Həmin pulun 5 milyonu isə Raminin olub. Amma burda bir məqama qayıtmaq istərdik. Vaxtı ilə «Banditski Peterburq» kinosundan ləqəb verilən Nefyodov ləqəbli bir şəxs Azərbaycanda ilk bu işə başlayıb. Və Ramini özünə işçi tutub. Xeyli vaxtdan sonra pülköçürmənin mexanizmini əzbərləyərək Nefyodova xəyanət edərək bu mexanizmi Bahadura satıb. Bundan sonra Bahadurla birgə müstəqil fəaliyyətə başlayıb. Bunu bilən Nefyodov Ramini cəzalandıraraq onu 1 milyon dollar cərimə edib, respublikanın nüfuzlu adamları bu işə qarışsa da onu bağışlamayıb və bildirib ki, Azərbaycanda bu biznesi o, açıb, Ramin isə ona xəyanət edib.

Bunlarla bağlı Bahadura şikayət edən Ramin ondan xahiş edib Nefyodovla bağlı bir tədbir görsün. Bahadur ehtiyat tədbir kimi Milli Məclisin adını çəkmədiyimiz, amma bizə bəlli olan bir deputatı ilə görüşərək ondan kömək istəyib. Çünki həmin deputatın rusiyada mövqeləri kifayət qədər yüksək olub. Deputatın rusiyadakı adamları «FSB»ni əli ilə Nefyodova böyük bir zərbə vururlar. Onun 20-ə yaxın işçiləri isə bu qurum tərəfindən həbs olunur.

Təbir başa çatdıqdan sonra Bahadur hörmət olaraq həmin millət vəkilinə «Mersedes- Gelenvager» markalı maşın hədiyyə edib. Mənbənin dediyinə görə bu avtomobilin dəyəri 200 min dollardır. Beləliklə onların rusiyaya yolları açılıb. Bahadur isə öz rəqiblərinə qalib gəlib. Nefyodova vurduğu zərbədən sonra o, bütün əməliyyatları özü tək həyata keçirməyə nail olub. Amma bununla da problem həll olmur, Bahadur-Ramin birliyi çox çəkmir, Onların arasında narazılıq baş verir və onlar ayrılır. Bahadur onda ayılır bir vaxtlar Nefyodova xəyanət edən Ramin ona da xəyanət etməli idi...

Hazırda Raminin təzə şəriklərindən də məlumatlıyıq. Gələn sayımızda bu mövzu çox geniş və təzə faktlarla işıqlandırılacaq.

Geri qayıt