Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ BİRİNCİ HƏYAT YOLDAŞI İLƏ BARIŞIB
MÜĞƏNNİMİZ BİRİNCİ HƏYAT YOLDAŞI İLƏ BARIŞIB5-07-2013, 09:26 |
“Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı 2008-ci ilin noyabr ayının 10-da “Abu Arena” şadlıq sarayında özünə toy çaldırmışdı. Həmin məclisdəki qonaqların yarıdan çoxu mədəniyyət, incəsənət və şou-biznes nümayəndələrindən ibarət idi. Həm bəy tərəfdən iştirak edirdilər, həm də gəlin. Məlum məsələdir, bəylik kürsündə elə şou-biznesin fəal üzvü oturmuşdu. Gəlin isə xalq artisti, məşhur qarmon ustası Aftandil İsrafilovun qızı idi – Həcər. Hansı ki, əvvəllər “Şeron” qrupuna prodüserlik edirdi. İlk baxışdan son dərəcə xoşbəxt görünən cütlüyün bu sevinci elə də uzun sürmədi. Belə ki, 2011-ci ilin yay aylarında onlar yaranmış narazılıqlar ucbatından rəsmi qaydada boşandılar. Onu da əlavə edək ki, bu, Rüstəmin ikinci evliliyi idi. Həcərlə tanış olandan sonra o həyat yoldaşı və iki azyaşlı oğlunu tərk etmişdi. Lakin xatırladaq ki, hazırda Rüstəm Zeynallı birinci həyat yoldaşı və oğlu ilə bərabər xoşbəxt, firəvan ömür sürür. Srağagün onlar cəmiyyət içində mehriban ailə tablosu yaradıblar. “Sədərək” ticarət mərkəzinə təşrif buyuran qrup rəhbəri oğlu üçün qiymətli bir velosiped alıb. O, hətta ara-sıra hicablı xanımının da fikirlərini öyrənib. Beləcə, ona olan hörmətini qeyri-ixtiyari şəkildə nümayiş etdirib. Geri qayıt |