Əsas Səhifə > Siyasət > FƏRHAD ƏLİYEV AZADLIĞA ÇIXIR
FƏRHAD ƏLİYEV AZADLIĞA ÇIXIR22-12-2011, 12:36 |
ƏFV SİYAHISI İLƏ BAĞLI ŞOK MƏLUMAT Modern.az saytının məlumatına görə, dekabrın 20-21-də Prezident yanında Əfv Komissyasının iclası keçirilib. Əfv Komissyasından saytımıza verilən xəbərdə müzakirələrin dünən yekunlaşdığı bildirilib. İki günlük iclasda Əfv Komissiyası müraciətlərlə bağlı ümumi məsələlərə baxıb. Təkliflərlə bağlı yekun qərar verilib. Komissiya üzvləri 100-ə qədər məhbusun siyahısını ölkə başçısına göndəriblər. Modern.az saytı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə gözlənilənilən əfv qərarı ilə bağlı çox maraqlı məlumatlar əldə edib. Əfv Komissiyasından əldə etdiyimiz məlumata görə, Avropa Şurasının, beynəlxalq təşkilatların monitorinq qruplarının, Azərbaycan hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri xeyli məhbusun adı budəfəki əfv siyahısına daxil edilib. Ən maraqlı məlumat isə bu siyahıda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin və İctimai Palatanın 2 aprel mitinqində saxlanılan müxalifətçilərin adının olmasıdır. Məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününədək Prezident İlham Əliyevin əfv fərmanı və ya sərəncamı imzalayacağı gözlənilir. Siyahıda neçə məhkumun olacağı dəqiq məlum deyil. Bu, Azərbaycan Respublikasında veriləcək 50-ci əfv qərarı olacaq. Komissiyadan saytımıza onu bildiriblər ki, bu dəfəki əfv daha çox məhkuma şamil olunacaq. Qeyd edək ki, Ombudsman Elmira Süleymanova da bir neçə gün öncə özünün məqbul bildiyi əfv siyahısını Prezident İlham Əliyevə təqdim edib. Jurnalistlərə açıqlamasında E.Süleymanova deyib ki, onun siyahısında 80-dək məhkumun adı var. Ombudsmanın sözlərinə görə, o, ahıllar, xəstələr, qadınlar, yeniyetmələr, jurnalistlərin azadlığa buraxılmasını istəyib. Eyni zamanda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bir müddət öncə əfv siyahısının hazırlandığını qeyd etmişdi. Geri qayıt |