Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNDA REPRESSİYA

BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNDA REPRESSİYA


5-07-2013, 11:26
BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNDA REPRESSİYA
Bu ilin mart ayında, novruz bayramı ərəfəsində Bakı Dərin Özüllər zavodunun fəhlələrinin kütləvi tətili demək olarki nəticəsiz bir şəkildə başa çatdı və aranı yatışdırmağa hesablanmış yağlı vədlərin ardından “ saxta həmkarların” əliylə fəhlələrə qarşı repressiya siyasəti aparılır. İşçilərin heç bir tələbini yerinə yetirməyən rəhbər heyət fəhlə tətilinin fəallarını təqib edərək işdən çıxarır.Tətildə fəalləq göstərərək təşkilatçı kimi iştirak edən aktivlər müxtəlif bəhanələrlə işdən qovulurlar. Etibarlı mənbənin verdiyi məlumatlara görə tətildən 4 aya qədər vaxt keçməsinə baxmayaraq maaşlar heç cüzi miqdarda da artırılmayıb və işçilər arasında işdən qovulmaq qorxusundan doğan ümüdsiz əhval ruhiyyə höküm sürür.

Bəs fəhlə tətilinin boğulmasının səbəbləri nədir və bu məğlubiyyətdən hansı dərsləri çıxarmaq olar. Əvvələn fəhlə tətili kütləvi olsada kortəbii xarakter daşıyırdı, tətil hərəkatını yönləndirəcək alternativ həmkarlar təşkilatının yaradılmasına nail olunmadı və müdriyyətin TƏYİN etdiyi yeni həmkarlar sədrinin işçilər tərəfindən etirazla yox sükutla qarşılandı. Bir müansı da vurğulamaq lazımdır ki, fəhlə tətilinin işçilərin ailə üzvüləri və ictimai fəallar tərəfindən aktiv surətdə dəstəklənməməsi məğlubiyyətin başlıca səbəblərindəndir. Əgər qəfil baş qaldırmış tətil dalğasına ən azından işçilərin ailə üzvüləri, yaxınları da qoşulsa idi, onda 2 minlik tətili on minlərin etiraz aksiyasına çevirmək mümkün olardı. Lakin təcrübəsizlik öz sözünü dedi.

Bundan başqa getdikcə artıq belə bir fikir təsdiqini tapmaqdadır ki, bu quruluşun müəyyən etdiyi və qanun cildinə saldığı cızmaqaralarlda əksini tapmış LEQAL mübarizə metodları qətiyyən işə yaramır və liberal donuzların cızdığı bu “ mübarizə” marşrutunun sonuncu dayanacağı hökmən MƏĞLUBİYYƏT adlı stansiyaya açılır. Deməli İLLEQAL metod və mübarizə yolları istifadə olunmalıdır. Bu isə hər şeydən əvvəl fəhlələr arasında siyasi- ideoloji işin aparılmasını qaçınılmaz zərurət kimi ortaya qoyur…

Geri qayıt