Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞDAMIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAM

AĞDAMIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAM


5-07-2013, 11:28
AĞDAMIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAM
Vətəndaşların bəzi rayonların icra başçılarının idarəçiliyinə, onların fəaliyyətlərindəki çatışmazlıqlarına qarşı narazılıqları bir sıra məmurların işindəki yarıtmaz məqamlardan xəbər verir. Məhz buna görədir ki, bəzi yaşayış məskənlərində, xüsusən də Ermənistan silahlı birləşmələrinin işğal etdiyi rayonlardan olan qaçqın və məcburi kökünlərin yaşadığı yerlərdə insanlar tez-tez öz hüquqlarını tələb etməyə başlayırlar. Belə yaşayış məskənlərindən biri də Ağdam rayonudur. Həmin rayondan olan sakinlərin kütləvi informasiya vasitələrinə müraciətləri Həsən Sarıyevin xələfi Nizami Sadıqovun da məcburi köçkünlərin problemlərini köklü surətdə həll etmədiyini göstərir. Qeyd edək ki, uzun illər sabiq icra başçısı Həsən Sarıyevin bir sıra əməllərinə dözən ağdamlılar Nizami Sadıqovun rayona rəhbər gətirilməsindən sonra vəziyyətin əsaslı şəkildə dəyişəcəyinə ümid etsələr də, bu baş vermədi.
Sakinlərin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunan sabiq polis rəisi Nizami Sadıqov icra başçısı kürsüsündə də özünü rəis kimi aparır. Ağdamlılar deyirlər ki, onun yanına gələn bəzi narazı insanların şikayətləri, müraciətləri hələ də həll olunmamış qalır. Şikayətçilərin problemlərinin hamısını həll etməyən Nizami Sadıqov hətta rəis sayağı sözlərindən də qalmır. Qeyd olunur ki, rayonun büdcə təşkilatlarının rəhbər şəxslərinin yığıncağında Nizami Sadıqov bəzi rayonların rəhbərləri kimi iclaslarını ağır ittihamlarla, gərgin formada idarə edir. Bu arada icra başçısıyla bağlı maraqlı bir faktı da nəzərinizə çatdırmaq yerinə düşərdi. Belə ki, Nizami Sadıqov Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq edib. Təəccüblüdür, toya getmək, içki məclislərində, ziyafətlərdə musiqi sədaları altında əylənmək nə deməkdir, həmin məclislərdə oynamaq nə demək? Belə isə gərək heç toylara da getməyəsən. Ondansa Ağdamın, ağdamlıların illərdən bəri yığılıb qalmış sosial problemlərini həll etmək lazımdır.
Amma başçı gələndən bəri Nizami Sadıqov mətbuatın gündəminə yalnız qalmaqallarla gəlib. Gah qumar oyununda 50 min manat uduzması ilə, gah da kürəkəni Elnur Məmmədlini döydürməsi ilə KİV-lərin manşet xəbərlərində yer alıb.
İndi isə bir başqa qalmaqal yetişir.Ağdamdakı mənbəmizin verdiyi xəbərə görə rayonda “Gəfərin obyekti” kimi tanınan iaşə müəssisəsi sən demə başçının kurasiyasında imiş. Daha dəqiq desək Sadıqovun bacısı oğlu Loğmana aid imiş. Məsələ ondadır ki, bu obyekt Ağdamda sırf fahişəxana kimi məhşurdur. İnsan alverinə qurşanan Loğman bu işdən xeyli qazanc götürür. Qadınlar isə əsasən Gəncədən gətirilir.Ən maraqlısı isə odur ki, hərdən dayısı üçün də kef və qumar məclisləri təşkil edir.
İcra başçısının bu əməli isə heç bir çərçivəyə sığmır.
Reportyor.TV

Geri qayıt