Əsas Səhifə > Güney Press, Araşdırma > İKİ ERMƏNİ ƏSGƏR BİZƏ İŞLƏYİRMİŞ
İKİ ERMƏNİ ƏSGƏR BİZƏ İŞLƏYİRMİŞ5-07-2013, 11:33 |
Dağlıq Qarabağda 22 yaşlı hərbçi Rafael Avakyan və onun dostu David Barseqyanın işi üzrə məhkəmə prosesi başlayıb. Onlar dövlətə xəyanətdə və casusluqda ittiham olunurlar. “Svoboda” radiosunun Ermənistan xidmətinin məlumatına görə, Avakyan və Barseqyan bir il əvvəl “Odnoklassniki” saytında İstanbulda yaşayan Samvel Azatyan adlı bir nəfərlə tanış olublar. Sonuncu özünü bu şəhərdə fəaliyyət göstərən xeyriyyə təşkilatının üzvü kimi təqdim edib. Məhkəmə iclasında R.Avakyan bildirib ki, onlar şübhəli heç nə hiss etməyiblər. Azatyan ermənicə yaxşı danışıb və sosial şəbəkələrdə erməni dostları olub. Yeni tanış xeyriyyə proqramlarının həyata keçirilməsi məqsədilə Avakyandan erməni ordusu, həlak olanlar və yaralananlar, tibbi xidmət, qidalanma, bölmələrin vəziyyəti və digər məlumatları ona göndərməyi xahiş edib. Müttəhim bildirib ki, 3-4 dəfə belə məlumatlar göndərib, əvəzində hədiyyə kimi qol saatı, pul qabı və digər əşyalar, həmçinin $1000 alıb. Azatyanın məsləhəti ilə həmin puldan $ 800-a mobil telefon alıb, $ 200 dostu Barseqyana verib ki, o, Suriya ermənilərinə dair fotolar göndərsin. Avakyan həmçinin deyib ki, “diaspordan olan dostunun” xahişilə bəzi məlumatları və fotoları hazırlayıb, lakin onlar göndərilməyib. Sonra o, Samveldən məktub alıb. Məktub and xarakterli olub və bəndlərdən birində məxfi tapşırıqların yerinə yetirilməsi üçün vəd vermək tələb olunub. Bunun əvəzində hər tapşırığa görə $ 300 ödəniləcəyi bildirib. Müttəhimin sözlərinə görə, o ötürdükləri informasiyanın hərbi sirr olmadığını düşünüb. Bundan əvvəl Ermənistanın təhlükəsizlik orqanları bildiriblər ki, hər iki əsgər Azərbaycan kəşfiyyatı tərəfindən ələ alınaraq onların tapşırıqlarını yerinə yetirib. Bundan əlavə, erməni ordusunun leytenantı həbs olunub. Qafandan olan leytenant Azərbaycan kəşfiyyatına işləməkdə ittiham olunub. Geri qayıt |