Əsas Səhifə > Partiya > "İSA QƏMBƏR GERİ ÇƏKİLMƏYƏCƏK"
"İSA QƏMBƏR GERİ ÇƏKİLMƏYƏCƏK"5-07-2013, 12:29 |
“Müsavat Partiyası indiyə qədər keçiriən bütün seçkilərdə müxalifəti inhisara almağa və öz lideri ətrafında vahid namizədlə bağlı müzakirələrin aparılmasına çalışıb. İndiki halda partiyanın Rüstəm İbrahimbəyovun namizədliyini müdaifə etməsi və İsa Qəmbərin onun xeyrinə geri çəkilməsi real deyil və qaranlıq mətləblərdən xəbər verir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə söyləyib. Onun sözlərinə görə, Milli Şuranın seçkilərə vahid namizədlə qatılması mümkün deyil və proseslərin gedişatı fərqli mənzərənin ortaya çıxması ilə nəticələnəcək: “Rüstəm İbrahimbəyov siyasətçi deyil, onun siyasi səhnəyə qədəm qoyandan bəri verdiyi açıqlamalar, səsləndirdiyi bəyanatlar onun bu sahədə kifayət qədər təcrübəsiz olduğunu deməyə əsas verir. İndiki halda ənənəvi müxalifət partiyalarının onu dəstəkləməsi inandırıcı deyil və elan olunan bu qərar yəqin ki, icra olunmayacaq. Müsavat başqanı İsa Qəmbərin ehtiyyat variant olaraq öz namizədliyini geri götürmədiyini bəyan etməsi, Milli Şura ilə bağlı müzakirələrdə ortaya çıxan əks mövqelər əminliklə deməyə əsas verir ki, Şura sonadək bir yerdə olmağı və seçkilərə vahid namizədlə qatılmağı bacarmayacaq. Digər bir məqam isə müxalifətin cəmiyyətdən dəstək almaması ilə bağlıdır. Bu gün hətta müxalifət seçkilərə vahid namizədlə qatılsa belə uğur əldə edə bilməyəcək. Çünki Azərbaycan xalqının mövqeyi aydındır və seçicilər bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Cənab Prezident İlham Əliyevə etimad göstərəcək”. Geri qayıt |