Əsas Səhifə > Şou-biznes > İLHANI GÜLNARƏYƏ NƏ BAĞLAYIR?
İLHANI GÜLNARƏYƏ NƏ BAĞLAYIR?22-12-2011, 13:02 |
“YALNIZ SƏMİMİ DOSTLARIQ” Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycanın iki tanınmış teleaparıcısı - Gülnarə Məmmədova ilə türkiyəli İlhan Özbay güclərini birləşdirərək, yerli radioların birində veriliş aparır. Cütlük nəinki eyni verilişdə, real həyatda da günlərinin çox hissəsini birlikdə keçirir. Yəqin, sizə də maraqlıdır, görəsən, onların münasibətlərində sevgi qığılcımları var, ya yox? Münasibətlərindən danışan İlhan "Torbada pişik axtarmağa gərək yox" deyib, düşündüklərimizi təkzib etdi. "Gülnarə ilə tanışlığımız və dostluğumuz illərə söykənir. Dostluq etməyi bacardığımız üçün münasibətlərimiz bu günə qədər yaşayır. Yalnız səmimi dostlarıq. Onun kimi çox ağıllı dostum olduğuna görə fəxr edirəm. Birlikdə görünməyimizdən də narahat deyilik. Siz də nigaran qalmayın", - İlhan belə dedi. Şəxsi həyatından danışmağı sevməyən Gülnarə isə türk həmkarı barəsində nə tərif dedi, nə də onunla dostluğunu təkzib etdi. Sözlərin oxucular tərəfindən başqa mənaya yozula biləcəyindən ehtiyatlandı və susmağa üstünlük verdi. Biz də gözləmə mövqeyimizi qoruyuruq. Əgər cütlük barəsində şad bir xəbər eşitsək, mütləq sizinlə bölüşəcəyik. Geri qayıt |