Əsas Səhifə > Sosial, Manşet > ŞAMAXI XƏSTƏXANASINDA QƏSSAB SİYASƏTİ
ŞAMAXI XƏSTƏXANASINDA QƏSSAB SİYASƏTİ8-07-2013, 10:54 |
XƏSTƏLƏRİ “AĞLARA” VƏ “QARALARA” BÖLƏN BAŞ HƏKİM HİPPOKRATI TANIMIR DİA.AZ: - Hazırda ölkədə fəaliyyət göstərən əksər dövlət xəstəxanalarında vəziyyət çox acınacaqlıdır. Bu cür xəstəxanalardan biri Şamaxı Rayon Mərkəzi Xəstəxanasıdır. Rayon mərkəzi xəstəxanasının baş həkimi Ədalət Həmidovdur. Adıçəkilən xəstəxanadakı mövcud problemlərlə bağlı DİA.AZ-a daxil olan rayon sakinlərindən birinin məktubunu diqqətinizə çatdırmaq istərdik. Onu da qeyd edək ki, son günlər ən çox şikayət aldığımız xəstəxanalardan biri Şamaxı rayon mərkəzi xəstəxanasıdır. Məktubda bildirilir ki, adıçəkilən xəstəxanada xəstələr üçün heç bir şərait yoxdur. Şəraitsizlik, antisanitariya və rüşvət həmin xəstəxananın devizidir. Şamaxı sakinlərinin bildirdiyinə görə, adıçəkilən tibb ocağında "rüşvət ayaq açıb yeriyir”. Burada olan ağxalatlılar isə özlərini bazar dəllalları kimi aparırlar. Xəstəyə pul mənbəyi kimi baxırlar. Pulu olmayan xəstə geri qaytarılır. DİA.AZ-a məlumat verən rayon sakini bildirir ki, əgər pulun yoxdursa, xətəxananın qapısından içəri girə bilməzsən. Başda baş həkim olmaqla, heç bir həkim maddi durumu aşağı olan xəstəni qəbul etmir. Və həkimlər bildirir ki, bizlik deyil, baş həkimin qərarıdır. Xəstəxananın bütün xəstələri qəbul etməyə imkanı yoxdur. Bütün bunları isə tibbi vəsaitlərin, tibbi dərmanların, tibbi avadanlıqların və ən nəhayət kadr çatışmazlığı ilə əlaqələndirirlər. Hüququnu bilən xəstələr mübarizə aparmağa çalışırlar. Lakin hüququnu bilməyən xəstələr isə gəldikləri kimi də gedirlər. Həkimlər hüquqlarını bilən xəstələrə isə hədə-qorxu gələrək gedin hara istəyirsiniz şikayət edin deyirlər. Redaksiyamıza məktub yazan rayon sakinlərindən biri həmin xəstəxanada problemlə üzləşən pasiyentlərdən biri olub. Bütün hüquqlarını bilən bu vətəndaş hara müraciət edibsə, heç bir nəticəsi olmayıb. Və sonda qəzetimizə müraciət etmək qərarına gəlib. Ki, aidiyyəti qurumlar yazımızı görüb lazımi tədbirləri görsünlər. Məktubda o da qeyd olunub ki, xəstəxana kifayət qədər lazımi tibbi avadanlıqlarla təmin olunub. Lakin pasiyentlər bundan istifadə edə bilmirlər. onlardan yalnız Ədalət Həmidovun qərarı ilə "VIP” şəxslər istifadə edə bilər. Narazı pasiyentlərin verdikləri məlumatlardan bəlli olur ki, həmin xəstəxanada qanunsuzluqlar baş alıb gedir. Sözügedən tibb müəssisəsinə üz tutanlar deyirlər ki, həmin qurumda işləyən həkimlər baş həkim Ədalət Həmidovdan kənar bir addım da ata bilməzlər. Demək olar ki, xəstəxananın qapıçısından tutmuş həkimlərə qədər hər kəs baş həkimi "görür”. Əks halda öz işlərindən ola bilərlər. Bundan başqa xəstəxanada az sayda peşəkar həkim fəaliyyət göstərir. Peşəkar həkim qıtlığı adıçəkilən xəstəxananın bir nömrəli problemidir. Rayon sakinləri bu vəziyyətdən çox narahatdırlar. Bildirirlər ki, rayon xəstəxanasında insan sağlamlığını etibar etmək üçün barmaqla sayılacaq qədər peşəkar həkimlər var. Həkimlərin əsasən də tibb bacılarının əksəriyyəti baş həkimin tanış-tunuşudur. Ona görə də orada hansısa bir tibbi keyfiyyətdən söhbət gedə bilməz. Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı təcili olaraq araşdırmalara başlamalı, baş həkimin qanundankənar davranışları yoxlanmalıdır. Hesab edirik ki, nazirlik rəsmiləri yazdıqlarımıza biganəlik göstərməyib lazımi addımları atacaqlar. Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. Geri qayıt |