Əsas Səhifə > Şou-biznes > "KİMSƏ MƏNİM ADIMI QALMAQALDA HALLANDIRSA"...

"KİMSƏ MƏNİM ADIMI QALMAQALDA HALLANDIRSA"...


8-07-2013, 11:40
"KİMSƏ MƏNİM ADIMI QALMAQALDA HALLANDIRSA"...
"TAB GƏTİRƏ BİLMƏRƏM, ÖLƏRƏM"

Əməkdar artist Mətanət İsgəndərli bu il istirahətə gedə bilməyəcək.

Sənətçi Axşam.az saytına açıqlamasında boş vaxtını yeni mahnılar yazdırmağa sərf edəcəyini deyib:
“Ailə üzvlərimi istirahətə göndərəcəm, özüm isə burada qalıb işlərimlə məşğul olmalıyam. Mövsüm vaxtı toylar olduğundan yeniliklər etməyə vaxt tapmıram. Qarşıdan ramazan ayı gəlir, bu fürsətdən istifadə edəcəm. Yeni mahnılar yazdıracam, kliplər çəkdirəcəm. İki mahnımı ekranlaşdırmağı düşünürəm. “Təəssüf ki..”ni rejissor Ceyhun Kərimova, “Gözlərim sənin üçün ağlayır”ı isə İkrama həvalə etmişəm. Maraqlı ssenarilər hazırlayıblar. Mənim istirahətim mahnı yazdırmaq, yenilik etməkdir, mənəvi dünyam yaradıcılığımdır. O zaman ruhum dincəlir”.
Əməkdar artist son vaxtlar şou-biznesdə gündəmdən düşməyən münaqişələrdən danışıb. O, qalmaqal edən sənətçilərin yaradıcı ruhu olmadığını deyib:
“Qalmaqal etməkdən zəhləm gedir. Kimsə mənim adımı qalmaqalda hallandırsa, tab gətirə bilmərəm, ölərəm. Çox həssas insanam, söz-söhbət olsa, sağalmaz xəstəliyə düçar ola bilərəm. Məncə, yaradıcı insan, sənəti olan qalmaqal etməz. Onda insanın ruhu ölər. Başını belə davalara qatan sənət adamı işini sevmir deməkdir. Çünki o ruh öləndə mahnı oxumaq mümkün olmayacaq”.

Geri qayıt