Əsas Səhifə > Sosial, Manşet > MƏHƏRRƏM ƏLİYEV İSTEFA VERMƏYƏ HAZIRLAŞIR
MƏHƏRRƏM ƏLİYEV İSTEFA VERMƏYƏ HAZIRLAŞIR8-07-2013, 11:59 |
KEÇMİŞ «QOROTDEL» ŞEFİ SƏLAHİYYƏTSİZLİKDƏN YORULUB BU QƏRARI VERİB DİA.AZ: - Redaksiyamıza iqtidar daxilində cərəyan edən bir sıra hadisələrlə bağlı yeni informasiyalar daxil olub. Mötəbər mənbələrdən DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, uzun illər hakim düşərgədən uzaq salınmış Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyev hazırki vəzifəsində də çox qalmaya bilər. Xatırladaq ki, sabiq «qorotdel» şefi Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə keçən ilin sonlarında təyin olunmuşdu. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, Məhərrəm Əliyev neçə müddətdir səlahiyyətsizlik sindromunu aşa bilmədiyindən düşdüyü situasiya onu da yormağa başlayıb. Mənbənin söylədikləri: «Məhərrəm Əliyev PA-da demək olar ki, təcrid olunmuş vəziyyətdədir. «N» saylı hərbi hissənin əsgəri Ceyhun Qubadovla bağlı yaranmış ajiotajda ictimaiyyət qarşısında «mən bu məsələnin araşdırılmasına nəzarət edəcəm» deyərək yeni vəzifəsində ilk və son açıqlamasını verən Məhərrəm Əliyevin demarşının uğursuzluğa düçar olması ona psixoloji zərbə də vurub». Məhz bu kimi mücərrədlikdən, səlahiyyətsizlikdən yorulduğu söylənilən Məhərrəm Əliyevin hətta istefa vermək fikrinə də düşdüyü bildirilir. Mənbəmiz iddia edir ki, yaxın günlərdə belə bir qərar verilə bilər: «Məhərrəm Əliyev istefa vermək niyyətiylə bağlı hətta söhbətlər də aparıb. Hələlik belə bir fikri var. Amma onun fikrindən daşındırılması da mümkündür. Bu da situasiyadan asılı olacaq. Yəni keçmiş «qorotdel» rəisi razı salınacaq, ya yox». Geri qayıt |