Əsas Səhifə > Güney Press, Araşdırma > "ROYALBANK" MƏHKƏMƏSİNDƏ İLGİNC GƏLİŞMƏ

"ROYALBANK" MƏHKƏMƏSİNDƏ İLGİNC GƏLİŞMƏ


8-07-2013, 12:55
"ROYALBANK" MƏHKƏMƏSİNDƏ İLGİNC GƏLİŞMƏ
Mərkəzi Bank tərəfindən 2012-ci ilin avqustunda lisenziyasının ləğv edilən “Royalbank” ASC-nin vəzifəli şəxslərinin fəaliyyətinin yoxlanılması da vəziyyəti mürəkkəbləşdirib. Artıq sözügedən bankın xeyli vəzifəli şəxsləri həbsxanalardadır. Ancaq onların böyük əksəriyyəti Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı əməliyyat-istintaq tədbirlərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmdən razı deyillər.

Bu barədə mia.az-a daxil olan məlumata görə, bankın «Xəzər» filialının keçmiş rəhbəri Rinad Məmmədov başda olmaqla digərləri narazıların sırasındadır. Onlar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı istintaq nəticəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsi isə başda «Xəzər» filialının müdiri Məmmədov Rinad Eldar oğlu (CM-nin 179.3.2, 193-1.3.2 və 313-cü maddələri), Əliyev Rasif Xudaşükür oğlu (CM-nin 197.3.2-ci maddəsi), Şirəliyev Ayaz Novruz oğlu, Kərimov Ramin Mübariz oğlu, Apışov Hüseyn İsmayıloviç (CM-nin 32.5, 179.3.2-ci maddəsi), Quliyeva Tamara Mehdi qızı, Həsənov İftixar İxtiyar oğlu, Ağayev Orxan Aydın oğlu, Atakişiyev Samir Şəmsəddin oğlu (CM-nin 308.2 maddəsi), Qasımov Rauf İsmayıl oğlu və Bayramov Mübariz Əminağa oğlu (CM-nin 308.1-ci maddəsi) haqda hökm verib. Maraqlı burasıdır ki, həm bankirlər, həm də prokurorluq verilmiş hökmdən narazılıq edirlər. Ona görə də hər iki tərəf məhkəmənin hökmündən apellyasiya şikayəti veriblər».

Məlumatda qeyd olunur ki, şikayətlər hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «Hər iki tərəfin, yəni barələrində hökm verilmiş sabiq bank işçilərinin şikayəti ilə bərabər, prokurorluğun verdiyi protest üzrə məhkəməyə start verilib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə baxılır. Hakim iş üzrə iyulun 5-də ilkin baxış keçirib və növbəti iclas saatını iyulun 29-na təyin edib».

Xatırladaq ki, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi “RoyalBank” ASC-nin Xəzər filialının sabiq müdiri Məmmədov Rinad Eldar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 99625 saylı cinayət işi üzrə istintaq aparıb və həmin cinayət işində onun ayrı-ayrı adamların adına saxta kredit sənədlərinin rəsmiləşdirilərək, mənimsəndiyinin sübuta yetirildiyini iddia edib.

Məsələ ilə bağlı tərəfləri dinləməyə hazırıq.

Geri qayıt