Əsas Səhifə > Cəmiyyət, Manşet > BAŞ QƏRARGAH RƏİSİ İLƏ BAĞLI ŞOK FAKTLAR
BAŞ QƏRARGAH RƏİSİ İLƏ BAĞLI ŞOK FAKTLAR8-07-2013, 13:51 |
NƏCMƏDDİN SADIQOV KİMİN ADAMIDIR? DİA.AZ: - Silahlı Qüvvələrin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun siyasi aqibəti divara dirənmək üzrədir. Daim haqqında gəzən məlumatlarla cəmiyyəti təəccübləndirən Nəcməddin Sadıqov bu dəfə daha kritik vəziyyətlə üzləşib və onun hazırkı çətin durumdan çıxacağı artıq şübhə doğurur. Çünki onunla bağlı elə bir dosye ələ keçib ki, bundan qurtuluş yoxdur. DİA.AZ-a daxil olan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq. Məlumatlara görə bu ilin yanvarında Vdadimir Putin tərəfindən Dağıstan prezidenti vəzifəsini icra etmək üçün görəvləndirilən, Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü və ən nəhayət etnik separatizmlə məşğul olan Ramazan Abdullatipovla Nəcməddin Sadıqovun ilginc əlaqələri üzə çıxıb. Azərbaycan hakimiyyətin ən ali elitası Nəcməddin Sadıqovun etnik separatizm məsələsində Abdullatipova yardım etməsindən şübhələnib. Bu isə əsassız deyil. Çünki nə Dağıstanın Milli qəhrəmanı adı Nəcməddin Sadıqova elə-belə verilib, nə də generalın adı küçə və məktəbə boş yerə qoyulub… Buna görə də hakimiyyətin Nəciməddin Sadıyovdan şübhələnməsi zatən gözlənilən idi. Əldə etdiyimiz məlumatlara görə, gizli aparılan araşdırmalar nəticəsində Abdullatipovla Sadığovun ilişkilərinin daha incə məqamları ortaya çıxıb. Hətta o da bəlli olub ki, Abdullatipovun birbaşa göstərişinə əsasən Nəcməddin Sadıqovun Dağıstandakı büstünün abad saxlanılması və ətrafının daim təmizliyin qorunması məqsədilə xüsusi göstəriş verilib. Üstəlik büstün ətrafında əkilmək üçün hollandiyadan xüsusi güllər gətirilib. Eyni zamanda Dağıstan bələdiyyəsində büstün təmiz saxlanılması üçün ayrıca ştat açılıb. Aparılan araşdırmalar zamanı o da məlum olub ki, bu ilin yaz aylarında Nəcməddin Sadıqova Dağıstan Dövlət Universitetində «Şeyx Şamilin hərb siyasəti» mövzusunda tələbələr qarşısında mühazirə oxumaq təklif edilib və general müəyyən şərt əsasında bu təklifi qəbul edib. Şərt isə ondan ibarət olub ki, mühazirəni indi deyil, sentyabr ayından etibarən deyə bilər. Səbəbi isə Sadıqovun mövzu ilə bağlı elmi cəhətdən hazırsızlığı və ya bilgisizliyi ilə bağlı olub. Araşdırmalar zamanı o da bəlli olub ki, Nəcməddin Sadıqov dərhal müəllim tutaraq hazırlaşmağa başlayıb. Lakin sonradan Abbas Abbasov onu bu fikrindən daşındırıb. Məlumatlara görə, Abbas Abbasov Nəcməddin Sadıqova deyib ki, «Şeyx Şamil 30 il ruslara qarşı mübarizə aparıb. İndi sən onu açıq şəkildə təbliğ etsən pis duruma düşərsən, Rusiyanın müxtəlif dairələrində hörmətin var, özünü gözdən salarsan. Odur ki, işlərinin çoxluğunu bəhanə gətirib mühazirə təklifindən imtina et.» Bütün bu bilgilərin üzə çıxması da maraqlı məqama söykənir. Məlumatlara əsasən hakimiyyətin yüksək elitası tərəfindən alınan təlimat əsasında gizli araşdırma aparılarkən bu bilgilər Nəcməddin Sadıqovun ən yaxın ətrafından alınıb və dərhal da «delo»ya tikilib. Deyilənlərə görə, hakimiyyət Nəcməddin Sadıqovu seçkidən sonra uzaqlaşdırmağı planlaşdırdığı halda son bilgilər bu addımı seçkidən əvvələ çəkməyi şərtləndirib. Odur ki, yaxın vaxtlarda Nəcməddin Sadıqovla bağlı siyasi qərar olsa, kimsə bundan təəccüblənməsin. Geri qayıt |