Əsas Səhifə > Dünya > FRANSIZLAR ŞƏRƏFSİZLİYƏ İMZA ATDI
FRANSIZLAR ŞƏRƏFSİZLİYƏ İMZA ATDI22-12-2011, 16:28 |
HAYDI, TÜRK DÜNYASI, SÖZ SƏNDƏ Bu gun Fransa parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul etdi. Trend-in məlumatına görə, bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib. Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir. Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar. Türkiyə hökuməti Senatın qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul edəcəyi təqdirdə öz səfirini Fransandan geri çağıracağını bəyan edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən verdiyi açıqlamada Fransanı qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addım atmamağa, söz və fikir azadlığına hörmət etməyə çağırıb. Davudoğlunun sözlərinə görə, Fransa qəbul edəcəyi qanunlarla öz xalqını söz və fikir azadlığından məhrum edir. Geri qayıt |