Əsas Səhifə > Dünya > HAKİMİYYƏTİ ZƏİFLƏDƏN İSTEFALAR
HAKİMİYYƏTİ ZƏİFLƏDƏN İSTEFALAR10-07-2013, 10:56 |
MƏRAKEŞDƏ 6 NAZİR POSTUNU TƏRK ETDİ FaktXəbər-in verdiyi məlumata görə, Mərakeşdə mühafizəkar İstiqlal Partiyasından 6 nazir istefa verib. Partiyadan bildiriblər ki, istefaya səbəb hökumətin iqtisadi problemlərlə bacara bilməməsidir. Siyasətçilərin fikrincə, bu addım hakim koalisiyanı gözlə görüləcək dərəcədə zəiflədib. Ədalət və İnkişaf Partiyası parlament seçkilərindən yayınmaq üçün özünə yeni müttəfiq axtarmalıdır. Qeyd edək ki, bundan əvvəlki seçkilər 2011-ci ilin payızında keçirilmişdi. Geri qayıt |