Əsas Səhifə > Sosial, Manşet > PROREKTOR FƏHLƏLƏRİN DƏ HAQQINI YEYİR
PROREKTOR FƏHLƏLƏRİN DƏ HAQQINI YEYİR10-07-2013, 11:05 |
ADI KORRUPSİYADA HALLANDIRILAN SDU-NUN YETKİLİSİ FIRILDAQÇI İMİŞ DİA.AZ: - Redaksiyamıza Zəngilandan olan və hal- hazırda Sumqayıt şəhəri, Corat bağları, 2004.V ünvanda məskunlaşmış məcburi köçkün Ramiz Məhərrəm oğlu Məhərrəmov tərəfindən daxili işlər naziri Ramil Usubova ünvanlanmış rəsmi müraciətin surəti daxil olmuşdur. DİA.AZ bildirir ki, bu barədə “qafqazregion” xəbər yayıb. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik : “Mən 5 nəfərlik məcburi köçkün ailəsinin başçısı olaraq fərdi tkinti işləri ilə məşğul oluram. 2012-ci ildə özünü Sumqayıt Dövlət Universitetinin prorektoru kimi təqdim edən Kamil Xaliq oğlu Abdullayev məndən Quba-Bakı yolunun Yaşma bağ massivində 25 x 30 metr ölçüdə 2 mərtəbəli restoran tikməyi xahiş etdi. Həmin ərazidə Kamil Abdullayevn həyətyanı sahəsi və evi var. 2012-ci il dekabr ayının 6-da öz fəhlələrimlə işə başladıq və 2 aya restoranı təhvil verdik. Ancaq Kamil Abdullayev mənim və fəhlələrin 8000 manat pulunu vermədi. Əvvəl dedi ki, oğluma toy edib yığılan məbləğdən sizin pulunuzu verəcəm. Sonra başqa bəhanə tapdı. Dedi torpaq sahəm var sata bilmirəm, müştəri tap, sat pulunu özünə götür. Mən müştəri tapanda məlum oldu ki, torpaq sahəsinin sənədi yoxdur. Beləcə neçə aydır ki, Kamil Abdullayev mənim və 8 nəfər fəhlənin pulunu vermir. Kamil Abdullayev hər dəfə mənə deyirdi ki, mən o boyda universitetdə 2-ci adamam narahat olma, pulunu verəcəm. Yəni vəzifəsindən sui-istifadə edərək məni aldadırdı. Ancaq sonra mənə məlum oldu ki, Kamil Abdullayevi rüşvət üstündə universitetdən xaric edblər və barəsində cinayət iş qaldırıblar. Hətta başqa cinayət işləri də var. Cənab Ramil Usubov! Mən məcbur olub Sumqayıt ŞPİ-nin 1 saylı Polis Bölməsinə yazılı müraciət etdim. Bu işlə sahə müvəkkili Yaşar müəllim, bölmə rəisi Taleh müəllim məşğul olsa da heç bir nəticə yoxdur. Deyirlər ki, Kamil Abdullayev çağırışa gəlmir. Cənab nazir! 8 nəfər fəhlə məndən öz halal əmək haqqlarını tələb edir. Özüm də məcburi köçkün ailəsinin başçısıyam. Çətinliklə dolanırıq. Sizdən xahiş edirəm ki, etibarımızdan sui-istifadə edərək bizi aldadan Kamil Abdullayev haqqında cinayət işi açılsın və bizim pulumuz alınıb özümüzə qaytarılsın”. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |