Əsas Səhifə > Partiya > "İSA QƏMBƏRİN NAMİZƏDLİYİ QÜVVƏDƏ QALMALIDIR"

"İSA QƏMBƏRİN NAMİZƏDLİYİ QÜVVƏDƏ QALMALIDIR"


10-07-2013, 11:10
"İSA QƏMBƏRİN NAMİZƏDLİYİ QÜVVƏDƏ QALMALIDIR"
“Rüstəm İbrahimbəyovun namizədliyi təyin olunan müddətdə qeydə alınmasa, belə çıxır ki, Milli Şura seçkiləri boykot xətti götürməlidir. Mən bunu qəbul etmirəm. Çünki Milli Şuranın bəyannaməsinin birinci bəndində dəyişikliyin yalnız seçki yolu ilə edilməsi nəzərdə tutulur. Bu baxımdan biz Milli Şuranın namizədinin qeydə alınması istiqamətində mübarizə aparmaqla vaxt itkisinə yol verə bilərik”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib.

O bildirib ki, Milli Şurada Müsavat başqanı İsa Qəmbərin də namizədliyi qüvvədə qalmalıdır.

G. Aslanlı qeyd edib ki, R. İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində İsa Qəmbərin haqlı olduğunu, Müsavat Partiyası daha əvvəl namizəd irəli sürdüyünü və bununla bağlı İsa Qəmbərlə görüşüb ümumi razılığa gələcəyini vurğulayıb: “Lakin onunla İsa Qəmbər arasında heç bir görüş və ya məsləhətləşmə olmayıb. Hətta Rüstəm İbrahimbəyovun özü bildirir ki, Müsavat Partiyası ilə bağlı fikri bu cür olsa da, məsələyə başqa yanaşma da var. Yəni o özü də bildirir ki, kimlərsə onu Müsavat Partiyasının namizədi ilə bağlı mövqeyindən çəkindirib. Bu adamların kim olduğunu dəqiq deyə bilmərəm, amma kimliyindən asılı olmayaraq, hesab edirəm ki, həmin adamlar ən azı seçki texnoloqları deyil. Təəssüflər olsun ki, Rüstəm İbrahimbəyov namizədlə bağlı digər yanaşmanın kimlər tərəfindən təklif edildiyini qeyd etmir. Bütün hallarda mən Müsavat Partiyasının namizəd məsələsinin qüvvədə saxlanmasının tərəfdarıyam və bunu məqbul sayıram”.

Xatırladaq ki, Milli Şuranın sədri və namizədi R. İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində qeyd edib ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə demokratik düşərgədən ikinci namizəd olmamalıdır.

Geri qayıt