Əsas Səhifə > Güney Press, Araşdırma > BİNƏQƏDİNİN İCRA BAŞÇISI YAŞILLIĞA QƏNİM KƏSİLİB

BİNƏQƏDİNİN İCRA BAŞÇISI YAŞILLIĞA QƏNİM KƏSİLİB


10-07-2013, 12:25
BİNƏQƏDİNİN İCRA BAŞÇISI YAŞILLIĞA QƏNİM KƏSİLİB
Bakıda yaşıllığın lazımı səviyyədən az olması və artıq əhalisinin sayı 4 milyon nəfərə yaxınlaşan şəhərin əsas problemlərindən biri olması heç kimə sirr deyil. Ancaq bu da bir faktdır ki, torpaq sahələri əldə edə bilmək üçün bir çox işbazlar icra hakimiyyətlərinin köməyi ilə Bakıda ağac «qətliamı» törədirlər.

Aldıqları rüşvət hesabına isə prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq məsul məmurlar bu «qətlama» rəvac verir, əslində isə «qətlamın fərmanverici» orqanı olaraq çıxış edirlər. Xatırladaq ki, prezident İlham Əliyev 2009-cu ildə aprelin 22-də keçirdiyi bir toplantıda Bakıda yaşıllıqların məhv edilməsini qətiyyətlə pisləmiş və icra orqanlarından yaşıllıqların qırılmasının qarşısını almağı tələb etmişdi. Amma statistika göstərir ki, həmin çıxışdan sonra Bakıda minlərlə çox illik ağac qırılıb, yerində villa, ya da iaşə obyekti tikilib.

PİA.AZ-a Binəqədi rayonundan daxil olan məktubda da sakinləri məhz bu acınacaqlı vəziyyətdən şikayətlənirlər. Şikayətçilər bildirir ki, Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 6-cı mikrorayonda yerləşən «Zeytunluq» adlı məşhur yaşıllığın kütləvi şəkildə məhv olunmasına göz yumur. Bildirilir ki, Bakının çox az yaşıllıq massivlərindən biri olan «Zeytunluq»un ərazisi ayrı-ayrı işbazlara satılır.

Yerli sakinlər həyəsan təbili çalaraq bildirirlər ki, «Zeytunluq» bağı Alı Qocayevin vaxtında da «qətliama» məruz qalırdı. Xaləddin İsgəndərov rayona başçı təyin olunduqdan sonra sakinlər ümid ediblər ki, «qətliama» son veriləcək. Amma bunun əvəzində «Zeytunluq»dakı «qətliam» daha da böyüyüb. Şikayətçilər bildirir ki, hər gün yeni-yeni ərazilər satılır və ağaclar qırılaraq yerində restoranlar tikilir. Ancaq tək restoranlar deyil, son zamanlar «Zeytunluq» yaşıllıq massivində dəbdəbəli villalar da inşa edilir.

Bu məsələ ilə bağlı PİA.AZ-ın araşdırması zamanı isə məlum olub ki, Xaləddin İsgəndərov «Zeytunluq» yaşıllıq massivindəki «işlərin idarəsini» qeyri-rəsmi olaraq yeni təyin etdiyi müavini Aqil Eyvazova tapşırıb. Mənbənin bildirdiyinə görə «Zeytunluq»da yer almaq istəyənlər Aqil Eyvazovla əlaqəyə keçməli, bundan sonra danışıqlar aparılmalıdır. Yalnız Aqil Eyvazovun verdiyi tapşırıqdan sonra həmin ərazidə kiməsə torpaq ərazisi verilir.

Bildirilir ki, Aqil Eyvazov bu gün Binəqədidə Xaləddin İsgəndərovun ən inanılmış adamı hesab olunur. Müavin təyin olunmamışdan əvvəl Aqil Eyvazov bXaləddin İsgəndərovun biznes və torpaq satışı işlərini idarə edib və Binəqədinin başçısının sağ əlinə çevrilib. Mənbəninin bildirdiyinə görə məhz «sədaqətli xidmətinə görə» Xaləddin İsgəndərov Aqil Eyvazova müavin postunu verib və buna görə Aqil Eyvazov simvolik olaraq 20 min manat ödəyib.

Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq…

Geri qayıt