Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT QORXU İÇİNDƏDİR

HAKİMİYYƏT QORXU İÇİNDƏDİR


23-12-2011, 12:21
HAKİMİYYƏT QORXU İÇİNDƏDİR

İNQİLAB TƏŞVİŞİ «JEK»LƏRƏ DƏ SİRAYƏT EDİB

DİA.AZ: - Ərəb inqilablarından sonra hakimiyyətin cəmiyyət üzərində total nəzarəti gücləndirəcəyinə dair deyilənlər özünü doğruldur. Xatırladaq ki, mütəxəssislər inqilab dalğasının MDB məkanına keçəcəyi halda hakimiyyətin insanları total nəzarətdə saxlamaq işini bir qədər də gücləndirəcəyi proqnozlaşdırılırdı. Artıq bu versiyalar özünü doğruldur. DİA.AZ-a daxil olan son məlumata görə, artıq Mənzil İstismar İdarələrinə yuxarıdan göstəriş verilib ki, öz ərazilərində yaşayan insanların kimliyini, harada işlədiyini dəqiqləşdirsinlər. Mənzil İstismar İdarələri də buna uyğun olaraq onlara müraciət edən vətəndaşlardan harada işləmələrini dəqiqləşdirir.

Maraqlısı isə budur ki, bu dəqiqləşdirmələr guya prezidentin iş yerləri açmasından sonra insanların işləyib-işləmədiyini dəqiqləşdirmək məqsədilə edilir. Elə ötən həftə əməkdaşlarımızdan biri JEK-də olarkən ona da «harada işləyirsiniz» deyə sual edilib və bildirilib ki, bu məsələ dəqiqləşdirilir. MİS əməkdaşı onu da söyləyib ki, bu barədə ona göstərişi elə MİS-in müdiri verib. Aydın məsələdir ki, Mənzil İstismar İdarəsi öz ərazisində yaşayan insanların nə işlə məşğul olduğunu, harada işlədiyini bilməyə və ya öyrənməyə məcbur deyil. Çünki bununla bağlı Statistika Komitəsi var. Hər bir rayonda bu komitənin müvafiq idarələri yerləşir ki, orada da fərdlərlə bağlı məlumat olur. Bu dəqiqləşdirmələrin statistika idarələri tərəfindən deyil, «JEK»-lər səviyyəsində dəqiqləşdirilməsi faktı da göstərir ki, proses bir mərkəzdən idarə olunur və əslində bu bir növ profoloktiki tədbirdir. Görünən budur ki, hakimiyyət ekstrimal vəziyyətdə kimin harada nə işlə məşğul olmasını dərhal bilmək istəyir.

Əslində burada qeyri adi bir şey yoxdur. Hakimiyyət hesab edir ki, cəmiyyəti nəzarətdə saxlamaqla istəyinə nail olacaq. Bu xətt avtoritar-totalitar rejimlərə xasdır. Nə qədər qəribə olsa da, avtoritar rejimlərin hammısı eyni səhvlər buraxaraq tarixin səhnəsindən silinir. Ancaq onlara elə gəlir ki, digər avtoritar rejimlərin buraxdığı səhvlərdən onlar nəticə çıxararaq səhvlərə yol vermirlər. Ancaq onların özləri də istəmədiyi halda bu səhvlərə yol verirlər. Azərbaycandakı rejim də bu rejimlərdən biridir. Ancaq biz tarixə nəzər salanda görürük ki, digər avtoritar rejimlərdə idarəçilik müəyyən bir elmi əsaslara söykənirdi. Ancaq indi Azərbaycandakı idarəçilik hər hansı bir elmi əsaslara söykənmir. İndiyə qədər mənə bir avtoritar mahiyyətli rejim göstərə bilməzsiniz ki, uzun illər boyu yaşasın. Odur ki, bu tipli rejimlər ölkənin idarəçiliyini insanlar arasında bölüb məsuliyyətini azaltmaq, geniş xalq kütlələrinin dövlətin idarəçilik prosesinə cəlb etmək, resursları bölmək əvəzinə hər bir şeyi bir əldə cəmləyərək insanları qorxu və təzyiq içərisində saxlayır. Təbii ki, bu ağıllı və elmi yanaşmanın məhsulu deyil. Odur ki, kimin harada işləməsi, kimlə oturub durmasını araşdırmaq mənasız işdir.

Hakimiyyətin cəmiyyəti nəzarətdə saxlamaq istəyi qorxudan irəli gəlir. Hakimiyyətdə ağıllı insanlar da var və onlar dəqiq bilirlər ki, hakimiyyətlə bağlı insanların dedikləri sözlərin yalan olduğunu özləri də bilir. Vəziyyət bu cür vəziyyət davam edərsə ölkədə sosial iqtisadi vəziyyət pisləşəcək ki, bu da ilk olaraq əhalinin güzəranına təsirsiz ötüşməyəcək.


Geri qayıt