Əsas Səhifə > Cəmiyyət, Manşet > QAZAXDA EVSİZ VƏTƏNDAŞI KİMLƏR GET-GƏLƏ SALIB

QAZAXDA EVSİZ VƏTƏNDAŞI KİMLƏR GET-GƏLƏ SALIB


10-07-2013, 14:13
QAZAXDA EVSİZ VƏTƏNDAŞI KİMLƏR GET-GƏLƏ SALIB
“QARDAŞLARIM AİLƏ QURA BİLMİR”

DİA.AZ: - Redaksiyamıza Qazax rayon, Xanlıqlar kənd sakini Hüseynov Rafayıl Alı oğlunun müraciəti daxil olmuşdur. DİA.AZ-a daxil olan müraciətdən aydın olur ki, narazı salınan Rafayıl Hüseynov Qərbi Azərbaycandan 25 il əvvəl qaçqın düşüb.

Bildirdiyinə görə, çoxuşaqlı ailədəndir. Onların ailəsi rayonun Xanlıqlar kəndindəki peşə məktəbinin yardımçı binalarından birində yerləşiblər. Rafayıl Hüseynov və yoldaşı heç bir yerdə işləmir. Onların ikisi ekiz, dörd övladları var. Rafayıl Hüseynov qeyd edir ki, hal-hazırda yaşadığım ev atasına məxsusdur:

“Evdə məndən sonra iki qardaşım var ki, yaşları 30-35 olsa da, ev dərdindən hələ də evlənməyiblər. Bir növ mən bu evdə yaşamaqla onların evlənməsinə mane oluram. Bu barədə dəfələrlə yerli hakimiyyət nümayəndələrinə müraciət etmişəm. Amma hər dəfə məni get- gələ salırlar. Ya da son dərəcə yararsız olan peşə məktəbinin 5 mərtəbəli yataqxanasına göndərmək istəyirlər. Hansı ki, orda yaşamaq sadəcə mümkün deyil.
QAZAXDA EVSİZ VƏTƏNDAŞI KİMLƏR GET-GƏLƏ SALIB

Mən isə qaldığım qaçqın qəsəbəsindəki boş evlərdən birini istəyirəm. Amma İcra Hakimiyyətində bildirirlər ki, bu boş evlərin sahibləri var. Di gəl ki bu sahibsiz evlərin sahibi gəlib çıxmır ki, çıxmır. Mən bütün bunlar barədə bildirəndə isə hədə- qorxu gəlirlər. İndi mən nə etməliyəm, hara üz tutmalıyam? Orda-burda günəmuzd işləməklə 6 nəfərlik ailəmi zorla dolandırıram- heç cürə ev almaq imkanım yoxdur”.

Rafayıl Hüseynov sonda saytımız vasitəsi ilə prezidentdən də yardım istəyərək inandığını bildirdi ki, onun dərdinə bir əncam edən tapılacaq.

Geri qayıt