Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MÜSYÖ RAMBAL KOŞENİN OYUNCAQLARI

MÜSYÖ RAMBAL KOŞENİN OYUNCAQLARI


11-07-2013, 10:26
MÜSYÖ RAMBAL KOŞENİN OYUNCAQLARI
“EVİ TİKİLMİŞLƏR, YOXSA, QƏLƏMİ QIRILMIŞLAR?” SİLSİLƏSİNDƏN

Yəqin ki, oxucuların bir çoxu Fransa istehsalı olan “Oyuncaq” bədii filmini xatırlayırlar. Məşhur aktyor Pyer Rişarın baş rolda çəkildiyi həmin filmin qəhrəmanı Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin axtarışlardan sonra o, “Franse Hebdo” jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqda məqalə yazmaq olur. Mağazada Peren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirirlər. Lakin ərköyün Erik gözlənilmədən Fransua Pereni oyuncaq kimi almağı tələb edir. Onu başa salmağa çalışırlar: “Axı o,(Peren-müəllif.)müsyödür, oyuncaq deyil!” Uşaq isə istəyindən dönmür ki-dönmür. Peren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru, bir də həmkarı Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar. Bu, Perenin ləyaqətinə toxunsa da, Eriklə oynamağa məcbur olur. Erikin atası-hər şeyi pulla almağa adət eləmiş milyonçu Pyer Rambal Koşe jurnalistə maaşından xeyli artıq məvacib təklif edir,onu dilə tutur ki, yay tətili mövsümündə uşağı əyləndirsin. Eriklə yaxından tanış olan Fransua bu ərköyün uşağın tərbiyəsi ilə də məşğul olmağa başlayır. MÜSYÖ RAMBAL KOŞENİN OYUNCAQLARI
Birgə keçən bu günlər ərzində Peren başa düşür ki, Erikin pula, var-dövlətə yox, sadəcə, bir nəvazişə, əzizlənməyə ehtiyacı var. Tezliklə onlar dostlaşır və oğlanın analığına qarşı çıxmağa başlayırlar.Bir qədər sonra məlum olur ki, Erikin dərin psixoloji problemləri var. Bu problem əsasən valideynlərinin ayrılması və milyonçu atasının ekssentrik xasiyyəti ilə bağlı yaranmışdır. Peren onunla atasının xasiyyət və əxlaqı arasında müqayisə aparır.Peren və Erikin növbəti əyləncələrindən biri də satirik qəzet çıxarmaları olur ki,bu da qalmaqalla nəticələnir.

“Jurnalistlərin Evi”ndən mənzillərə yiyələnəcək həmkarlarım da nəzərə almalıdırlar ki, bu gün ata Rambal Koşenin minnətinin altına girirlərsə, sabah oğul Rambal Koşenin şıltaqlıqlarına dözməli olacaqlar. Bax,bundan sonra satirik qəzet çıxarmağa, müsyö Pyer Rambal Koşeni tənqid etməyə cəsarətləri çatacaqmı?

Hə, elə orada, o filmdə diqqətdən yayınmayan bir epizod da var: Müsyö P.R.Koşe jurnalın baş redaktoru Blenaka şalvarını çıxarmağı əmr edir. Sonra da tumançaq Blenaka belə bir sual verir: “Hansımız daha rəzilik-Sizə soyunmağı əmr edən mən, yoxsa,bu əmrimi icra edib soyunan Siz?”

Pünhan Şükür

Geri qayıt