Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ İLƏ MƏTBUAT KATİBİ ÜZ-ÜZƏ GƏLDİ
MÜĞƏNNİ İLƏ MƏTBUAT KATİBİ ÜZ-ÜZƏ GƏLDİ23-12-2011, 13:15 |
ŞOU-BİZNESDƏ YENİ QALMAQAL Azərbaycan şou-biznesində yeni qalmaqalın əsası qoyulub. Milli.Az xəbər portalının məlumatına görə, bu dəfə qalmaqalın "qəhrəmanları" müğənni Günay İbrahimli və onun mətbuat katibi Ceyhun Məhərrəmovdur. Xatırladaq ki, bu günlərdə Günay Milli.Az xəbər portalına açıqlamasında Ceyhunun heç zaman onun mətbuat katibi olmadığını bildirmişdi. C.Məhərrəmov Day.Az saytına açıqlamasında müğənniyə sərt cavab verib. Məhərrəmov hesab edir ki, Günay hər şeyə məhz onun sayəsində nail olub: "Birgə işə başladığımız zaman onun mətbuat katibi və piar-meneceri təyin edilmişdim. Bu yaxınlaradək bu işimi yüksək səviyyədə görmüşəm. Birdən-birə məlum olub ki, sən demə, mən Günayın işçisi yox, sadəcə, ona kömək edən adi şəxsəmmiş. Bizim çox yaxşı münasibətlərimiz olub. Təəssüf ki, o, bunu korladı". Maraqlıdır ki, G.İbrahimli "sabiq mətbuat katibi"nin bəyanatına cavab olaraq bir müddət əvvəl söylədiyi fikirlərdən imtina edib və belə sözlər işlətmədiyini bildirib... Geri qayıt |