Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HELSİNKİ KOMİSSİYASINDAN HAKİMİYYƏTƏ ZƏRBƏ

HELSİNKİ KOMİSSİYASINDAN HAKİMİYYƏTƏ ZƏRBƏ


11-07-2013, 11:53
HELSİNKİ KOMİSSİYASINDAN HAKİMİYYƏTƏ ZƏRBƏ
ABŞ Helsinki Komissiyası iyulun 16-da Konqresdə Azərbaycanda vəziyyətlə bağlı xüsusi dinləmələr keçirəcək. Komissiyanın məlumatında deyilir ki, dinləmələr “Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm” adlanır. Diskussiyalarda əsas diqqət ölkədə seçkiqabağı vəziyyətə yönəldiləcək. Bu barədə Turan-ın Vaşinqton müxbiri xəbər verib.

“ABŞ və Azərbaycanın ümumi maraqları var, energetika və regional təhlükəsizlik də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Lakin Azərbaycanda hazırki siyasi durumla bağlı narahatlıq artır”, - məlumatda deyilir.

“Həyəcanlı tendensiyalar qorxutmalar və həbsləri, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı zorakılığı, QHT-lərin qeydiyyatının sərtləşdirilməsini, İnternetdə qanunverici məhdudiyyətləri (böhtana görə cinayət məsuliyyəti də daxil olmaqla), toplaşma azadlığına məhdudiyyətləri, etiraz aksiyalarının dağıdılması üçün güc tətbiqini, nümayişçilərin həbsini, ədalətsiz məhkəmələri, özbaşına və siyasi motivli həbsləri, uzunmüddətli ibtidai həbsləri, icra hakimiyyətlərinin məhkəmə proseslərinə müdaxiləsini əhatə edir”, - məlumatda bildirilir.

Oktyabrda ölkədə prezident seçkiləri keçiriləcək və bu dinləmələr Azərbaycanda hazırki durumu, azad, ədalətli seçkilərin keçirilməsi üçün imkanları müzakirə etməyə şərait yaradacaq.

Dinləmələrdə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi, rəsmi Bakının nümayəndəsi, Real hərəkatının nümayəndəsi Erkin Qədirli, Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru və başqaları iştirak edəcəklər.

Xatırladaq ki, dinləmələrdə iştirak etmək üçün iyulun 14-də Milli Şuranın bir neçə nəfərdən ibarət nümayəndə heyəti Vaşinqtona gedəcək.

Geri qayıt