Əsas Səhifə > Partiya > "NİDA"ÇIYA MƏHKƏMƏ RƏDD CAVABI VERDİ
"NİDA"ÇIYA MƏHKƏMƏ RƏDD CAVABI VERDİ11-07-2013, 12:12 |
İyulun 11-də Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Fuad Hacıyevin şikayətinə baxılıb. Fuad Hacıyev iyulun 4-də Bakıda, Qara şəhər adlanan yerdə evləri sökülən insanlara az kompensasiya verilməsinə etiraz etdiyi üçün həbs olunub. Xətai Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə təqsirli bilib və gənc fəalı 10 sutkalığa azadlıqdan məhrum edib. “Media forum” saytının məlumatına görə, Fuad Hacıyevin şikayəti təmin olunmayıb və Xətai Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə qalıb. Geri qayıt |