Əsas Səhifə > Sosial, Manşet > SAATLIDA BÜDCƏ PULLARINI KİMLƏR YEYİR?
SAATLIDA BÜDCƏ PULLARINI KİMLƏR YEYİR?11-07-2013, 12:43 |
MÜƏLLİMLƏR MƏZUNİYYƏTƏ ÇIXSA DA, PULLARINI ALA BİLMİRLƏR DİA.AZ: - Saatlı rayonundakı özbaşınalıqlarla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Rayon sakinləri DİA.AZ-a müraciətlərində müxtəlif istiqamətlərdə cərəyan edən yeyinti faktlarını da açıqlayıblar. Məlumatda deyilir: «Müəllimlər məzuniyyətə çıxsa da, heç bir müəllimin məzuniyyət pulu verilməyib. Yerli maliyyə idarəsinin icra başçısının göstərişi ilə yol verdiyi maxinasiyalar səbəbindən rayondakı Bayraq Meydanının inşası da yarımçıq qalıb». Onu da bildirək ki, Saatlı rayonun maliyyə şöbəsinin müdiri Namiq Bağırov hazırda Hacı Məmmədovun işi ilə əlaqədar həbsdə saxlanılan polis generalı Zakir Nəsirovun doğmaca xalası oğludur. Sakinlər iddia edir ki, Saatlıda bütün maliyyə maxinasiyaları Namiq Bağırovun əli ilə həyata keçirilir: «Bu işdə sifarişçi tərəf isə icra başçısı Siraqəddin Cabbarov və onun birinci müavinidir». Daha sonra sakinlər maraqlı bir faktı da açıqlayırlar: «Namiq Bağırov qondarma şəkildə kiçik müəssisələr yaradaraq rayona ayrılan büdcə vəsaitlərini mənimsəyir. Həmin qondarma müəssisələr isə maliyyə şöbəsinin müdirinin ayrı-ayrı qohumlarının adlarınadır. Şirkətlər aşağıdakılardır: "Ümüd-2010" MMC-" "RİR-M" MMC- "Rahat-Con" "Xəzər-77"” Sakinlər bildirir ki, bu kimi özbaşınalıqlar rayon sakinlərini çilədən çıxartdığından seçkilər ərəfəsində Saatlıda üsyanı belə göz önünə gətirmək lazımdır. Qarşı tərəfi də dinləməyə hazırıq. Araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |