Əsas Səhifə > Siyasət, Manşet > «AVROVİZİYA» YARIŞMASINDA TƏXRİBAT

«AVROVİZİYA» YARIŞMASINDA TƏXRİBAT


23-12-2011, 13:43
«AVROVİZİYA» YARIŞMASINDA TƏXRİBAT

AVROPA AZƏRBAYCANIN QƏLƏBƏSİNƏ TƏƏSSÜFLƏNİR

DİA.AZ: - Məlum olduğu kimi, gələn ilin may ayında keçirilməsi nəzərdə tutulan «Avroviziya-2012» beynəlxalq mahnı yarışmasına Azərbaycan ev sahibliyi edəcək. Və artıq indidən hər kəsi əndişə bürüyüb.

Azərbaycan iqtidarının əndişəsi məlumdur. Mahnı yarışmasına tədarük məqsədilə binalar yıxılır, evlər dağıdılır, yeni tikililərin təmələi atılır, pullar xərclənir və s.

Əsas təlaş içində olan tərəfi isə Qərbdir. Bu barədə artıq müəyyən narahat reaksiyalar müşahidə olunmaqdadır. Bu barədə hökumət içindəki mənbələrdən verilən xəbərdə qeyd olunur ki, «Avroviziya» təkilatçıları bir neçə dəfə rəsmi Bakıya narahatçılıqlarını çatdırıblar:

«Hətta mahnı yarışmasının yeri ilə bağlı məsələyə yenidən baxılması da təklif edilib. Yəni Azərbaycan dövlətinə bildirilib ki, əgər təhlükəsizlik və tədarük məsələləri tam qaydasında deyilsə, o zaman yarışmanı Rusiyada və yaxud da Türkiyədə təşkil edə bilərlər. Lakin rəsmi Bakı buna rədd cavabı verib və heç bir problemin olmayacağı ilə bağlı təminat verib».

Mənbə bildirir ki, burada Azərbaycanın İranın qonşuluğunda yerləşməsi xüsusi olaraq diqqətləri cəlb edib və son zamanlar Azərbaycan-İran münasibətlərində yaranmış gərginlik də nəzərə alınıb: «Yəni İranın Azərbaycanda artıq bir siyasi qətli icra etdiyi məlumdur. Söhbət yazıçı Rafiq Tağıya qarşı sui-qəsddən gedir. Əgər belə bir aksiya varsa, İran agenturası «Avroviziya» mahnı yarışmasına qarşı da təxribatlar işlədə bilər».

Mənbəmiz onu da bildirdi ki, amma bütün bunlara baxmayaraq Azərbaycan tərəfi Avropanı arxayın salıb və onları Azərbaycanın builki qələbəsindən təəssüflənməməyə çağırıb: «Çünki Qərbin narahatlıqları Nigarla Camalın qələbəsinə təəssüflə müşaiyət olunur və bunu açıq-aşkar sezmək mümkündür».


Geri qayıt